Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Qırğızıstan Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

Qırğızıstan Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır

12.06.2014 [09:31]

İyunun 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Qırğızıstan Respublikası parlamentinin - Joqorku Keneşin sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, O.Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) tədbirləri çərçivəsində ikitərəfli əlaqələrin ənənəvi xarakter aldığını vurğulayıb, belə görüşlərin münasibətlərin inkişafına xidmət etdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan çoxəsrlik tarixi kökləri olan xalqlarımız arasındakı dostluğun daha da dərinləşməsinə böyük önəm verir. Əlaqələrimizin yeni müstəvidə inkişaf etməsində dövlət başçılarının görüşləri böyük rol oynayıb. Son illər dövlətlərarası münasibətlərin intensiv xarakter alması gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.
Milli Məclisin sədri ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
O.Əsədov Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini söyləyib. Qırğızıstanın qanunverici orqanında da belə bir qrupun yaradılmasının zəruriliyi vurğulanıb.
Görüşdə qeyd edilib ki, deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyət göstərirlər.
Milli Məclisin sədri TürkPA-nın Bakıda keçiriləcək 5-ci plenar iclası barədə danışıb, bu təşkilatın türk dünyasının birliyinə və inteqrasiya proseslərinə, xalqların daha da yaxınlaşmasına xidmət etdiyini vurğulayıb.
Joqorku Keneşin sədri Asılbek Jeenbekov ölkəmizə səfərindən və burada gördüyü inkişafdan məmnun olduğunu söyləyib. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.
Görüşdə TürkPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri, parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30