Ana səhifə »  Xarici siyasət »  İtaliyanın nüfuzlu “İl Messaggero” qəzeti: Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirib
A+   Yenilə  A-
İtaliyanın nüfuzlu “İl Messaggero” qəzeti: Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirib

İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə iyulun 13-dən başlamış rəsmi səfəri ilə əlaqədar Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən məqalə dərc olunub. AzərTAc məqalənin xülasəsini təqdim edir.
Məqalədə deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya iyulun 13-dən çərşənbə axşamınadək davam edəcək rəsmi səfəri qaz və “made in İtaly” xüsusiyyətləri ilə qeyd edilən, Azərbaycan və İtaliya arasında mövcud əlaqələrə verilən önəmin göstəricisi sayıla bilər. Səfər çərçivəsində Roma və Bakı arasında bütün Avropanın enerji strategiyası üçün mühüm rol oynayacaq sazişlər imzalanacaq, iki ölkənin iqtisadi və mədəni əməkdaşlığının daha da genişləndirilməsi üçün danışıqlar aparılacaq.
Yazıda bildirilir ki, 2014-cü ilin ilk üç ayının məlumatlarına əsaslanaraq qeyd etmək olar ki, artıq 7 ildir İtaliya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır: 2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri 7,4 milyard avronu keçib. Karbohidrogenlərin idxalı nəticəsində İtaliya üçün mənfi saldo təxminən 6,4 milyard avro olub. Keçmiş sovet respublikaları arasında Azərbaycan ən yüksək inkişaf tempinə malik olan bir ölkədir. Bu ölkədə qeyri-enerji sahələrində 9,5 faiz artıma nail olunub, 74 milyard dollarlıq ümumi daxili məhsul istehsal edilib. Azərbaycanın xarici borcu qibtəediləcək rəqəmlə ölçülür - 9,1 faiz, işsizliyin səviyyəsi 5,6 faizdir.
Qəzet yazır ki, 53 yaşlı İlham Əliyev artıq üçüncü dəfədir ki, Prezident vəzifəsinə seçilib. Beynəlxalq münasibətlər üzrə professordur, artıq 33 yaşında dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb, daha sonra deputat və Yeni Azərbaycan Partiyasının lideri seçilib. Bir neçə xarici dili (rus, ingilis, fransız və türk) mükəmməl bilən Prezident İlham Əliyev öz siyasətində müasirləşməyə, qonşu ölkələrlə balanslaşdırılmış əlaqələrin qurulmasına böyük diqqət yetirir. Bu səfərində Xarici İşlər, Mədəniyyət və Turizm, Energetika nazirlərinin müşayiət etdiyi Prezident İlham Əliyev Romada İtaliya Prezidenti Corco Napolitano, Baş nazir Matteo Renzi, Senatın sədri Pietro Qrasso və Roma şəhərinin meri İgnasio Marino ilə görüşəcək.
Məqalədə bildirilir ki, İtaliyanın keçmiş Baş naziri Enriko Letta 2013-cü ilin avqust ayında Bakıda rəsmi səfərdə olub. “Şahdəniz 2” Konsorsiumun qərarı əsasında oktyabr ayında TAP boru kəməri ilə 2020-ci ilədək Azərbaycan qazını Avropaya çatdırmaq qərarı qəbul olunub. 870 kilometr uzunluğu olan və 117 kilometri suyun altı ilə çəkiləcək bu boru kəməri Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçib Salento sahilinə yetişərək İtaliyanın “Snam Rete Gas” şəbəkəsinə qoşulmalıdır. 2013-cü ilin noyabr ayında italiyalı iş adamlarından ibarət nümayəndə heyəti Bakıda səfərdə olub. İtaliyanın Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı (İCE), ANCE və FEDERPROGETTİ şirkətləri tikinti və sağlamlıq sahələrində, Türkiyə ilə nəqliyyat və dəmir yolunun qurulmasında, Xəzər dənizdə yeni limanın tikintisində və digər sahələrdə də yeni əməkdaşlığın qurulmasının əsasını qoyublar. Digər mərhələ dekabrın 16-da iqtisadi tərəfdaşlıq protokolunun və bir gün sonra TANAP-TAP qaz boru xətti barədə sazişin imzalanması mərasimi üçün İtaliyanın o vaxtkı xarici işlər naziri Emma Boninonun Prezident İlham Əliyevlə görüşü olub.
Avropa öz enerji təhlükəsizliyinin şaxələndirilməsi üçün Bakıya böyük önəm verir. (Avropa Komissiyanın prezidenti Barrozu iyunun 14-də Bakıda səfərdə olub).
Məqalədə deyilir: “İnanılmaz olsa da təəssüf ki, İtaliyada yerli “no TAP” müqavimət hərəkatları vardır. Terminalın qurula biləcəyi nöqtələr San Foka-Melendugno və alternativ olaraq Brindisi və ya Otranto düşünülür. Bürokratiya və bu yerli müqavimət hərəkatları bizim və bütün Avropa üçün ümidverici əməkdaşlığa maneələr yaradır. ENİ-nin də 5 faiz payı olan mövcud Bakı-Tbilisi-Ceyhan, həmçinin Azərbaycanın SOCAR şirkəti tərəfindən irəli sürülən Trans-Atlantik, Trans-Anadolu və Trans-Qafqaz boru kəmərləri sistemləri birbaşa Mərkəzi Asiyadan idxal uçun yol acır. “BOS Shelf LLC” və “Star Gulf FZCO” şirkətləri aprelin 18-də müqavilə imzalamışlar, “Saipem” isə “Azəri-Çıraq-Günəşli” neft yataqlarının inkişafı üçün “offshore” istehsalı, nəqliyyat və neft infrastrukturunun tikilməsini öz üzərinə götürmüşdür. Ümumiyyətlə, Bakı avtomobildən mebelə qədər italyan məhsulları üçün yeni bazardır”.
Yazıda Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrdən də söhbət açılır. Bildirilir ki, hazırkı Prezidentin atası Heydər Əliyevin adı İtaliya mədəniyyəti üçün böyük məna kəsb edir. Heydər Əliyevin adını daşıyan və Mehriban Əliyevanın prezidenti olduğu Fond mütəmadi olaraq Venesiya incəsənət biennalisində iştirak edir. Fond Kapitoli muzeylərinin təmirini, Maksi di Roma və Kapri fondundakı sərgiləri təşkil edib. 2015-ci il Milan sərgisində Azərbaycan pavilyonu onun imzasını daşıyır. Məqalədə deyilir: “Prezident İlham Əliyevin səfəri çərçivəsində, eyni zamanda, Roma meri ilə Azərbaycanın Mədəniyyət naziri arasında Fori İmperialidə arxeoloji qazıntılar üçün 1 milyon avro ayrılması barədə memorandum imzalanması nəzərdə tutulmuşdur”.
Məqalədə daha sonra deyilir ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri və 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanın Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu siyasi əməkdaşlığı gücləndirib. Prezident İlham Əliyevin Qafqazda sabitlik yaradılmasında rolu strateji əhəmiyyətə malikdir və çoxvektorlu xarici siyasəti həm qonşu ölkələrlə, həm də Qərb dövlətləri arasında balans axtarışına əsaslanır.
Ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyinin diqqətə çatdırıldığı məqalədə bildirilir ki, yüksək səviyyəli görüşlərdə azərbaycanlılar tərəfindən daim səsləndirilən mövzu Azərbaycan ərazilərinin bir hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən işğalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ermənilərin Dağlıq Qarabağ və işğal etdikləri digər ətraf 7 rayondan geri çəkilmələrini tələb edir. Bakı İtaliyanı bir vaxtlar sədrlik etdiyi, daha sonra Fransa, Rusiya, ABŞ tərəfindən əvəz edilmiş Minsk qrupunda mühüm rol oynamağa çağırır.
Məqalədə Azərbaycan haqqında üç kitabın müəllifi Sapienza Universitetinin prorektoru və Şərqi Avropa tarixi üzrə professor Antonella Biagininin əsərindən sitat gətirilir: “Azərbaycan sabit bir ölkədir, eyni zamanda, bütün Qafqaz regionu üçün sabitlik amilidir”.

 
  • Oxunub:  16980  |  
  • Tarix:  15-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA