Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycanın Daxili İşlər Nazirliyi ilə ATƏT arasında sıx əməkdaşlıq əlaqələri yaranıb

Azərbaycanın Daxili İşlər Nazirliyi ilə ATƏT arasında sıx əməkdaşlıq əlaqələri yaranıb

12.09.2014 [09:56]

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 11-də ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ilə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağa fəaliyyətində uğurlar arzulayan nazir ATƏT ilə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirib.
Qeyd olunub ki, respublikamızda təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədilə həmin qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə sıx əməkdaşlıq əlaqələri yaranıb. Bunun nəticəsi olaraq polisin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilib.
ATƏT-in təşkilatçılığı ilə respublikada və xarici dövlətlərdə keçirilən müxtəlif təlim və seminarlarda nazirliyin 2 min nəfərdən çox əməkdaşının iştirak etdiyi, əldə olunmuş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində mühüm işlər görüldüyü vurğulanıb.
Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat verib, Ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yaradılmış sabitlik və təhlükəsizlik şəraitində Azərbaycanın keçdiyi inkişaf yolundan, eyni zamanda, polisin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanan zəruri normativ-hüquqi bazadan, həyata keçirilən islahatlardan danışıb.
Qəbul edilən yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu bir daha vurğulayan Ramil Usubov DİN rəhbərliyi tərəfindən qanunçuluğa, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini də diqqətə çatdırıb.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski ətraflı məlumata görə təşəkkürünü bildirib, təmsil etdiyi qurum ilə Daxili İşlər Nazirliyi arasında faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, bu əməkdaşlığın daha da inkişaf etməsi, polis fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran müxtəlif layihələrin həyata keçirilməsində bundan sonra da yardımçı olacaqlarını vurğulayıb.

Paylaş:
Baxılıb: 1027 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30