Ana səhifə »  Xarici siyasət »  Martin Şults öz ampluasında: Azərbaycana qarşı növbəti qərəz
A+   Yenilə  A-
Martin Şults öz ampluasında: Azərbaycana qarşı növbəti qərəz

Bir siyasətçi kimi Avropa Parlamentinin prezidenti Martin Şultsun imici çox ziddiyyətlidir. Onun yeniyetməlikdə içkiyə qurşandığı haqqında informasiyalar da var. Alkoqola aludəçiliyə görə işdən qovulubmuş. Sonra isə Avropa Parlamentində çalışmağa başlayıb. Lakin bu, onu avantürist fikirlər söyləmək, müxtəlif ölkələrin rəhbərləri haqqında sağlam məntiqə sığmayan bəyanatlar verməkdən çəkindirməyib. Cənab Şultsun bu kimi hərəkətləri Avropa Parlamentini bir sıra hallarda pis vəziyyətə salıb. Azərbaycana qarşı da onun mövqeyinin qərəzli olduğu məlumdur. Noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında bunu bir daha təsdiq edərək, insan hüquqlarını qorumaq bəhanəsi ilə ölkənin daxili işlərinə qarışmağa cəhd etdi.
İçki düşkünlüyündən Avropa Parlamentinə aparan yol
Avropa İttifaqına daxil olan ölkələrin mənəvi-əxlaqi böhran keçirdiyi məlumdur. Aİ-nin rəsmi strukturlarında çalışan adamların arasında siyasi düşüncəsində problemlər olanlar da var. Həmin sırada Avropa Parlamentinin indiki prezidenti Martin Şults öz dəst-xətti ilə seçilir.
Onun şəxsi həyatındakı problemlər haqqında KİV-də məlumatlar çoxdan yayılıb. Belə ki, o, uşaqlıqdan uğursuzluğa düçar olub. Futbolu çox sevirmiş, lakin aldığı zədə psixologiyasını pozub. İçkiyə qurşanan yeniyetmə Şults məktəbi də atmalı olub. Yaxın dostları və qohumları ondan uzaqlaşıblar. Bir dəfə işə içkili vəziyyətdə gəldiyindən onu qovublar. M.Şults kitab satışı ilə məşğul olmağa başlayıb. Kiçik bir mağaza sahibi olub. Sonra isə Avropa Parlamentində işə düzəlib.
Maraqlıdır ki, M.Şults qeyri-sağlam siyasi bəyanatları ilə qalmaqallı adam kimi tanınır. Bu baxımdan onun İtaliyanın keçmiş baş naziri S.Berluskoni haqqında dediklərini, İsrail Knessetindəki çıxışını və Böyük Britaniyanın Aİ-dəki rolu haqqında söylədiklərini xatırlatmaq olar. Bunlara görə Şults hətta nasizmin təbliğində günahlandırıldı. Onu vurğulayaq ki, Azərbaycan və Türkiyə haqqında həqiqətə uyğun olmayan fikirlər söyləyən bu məmur islamofobiya mövqeyi ilə seçilir.
Bu kimi keyfiyyətlərə malik bir insanın Avropa Parlamentinə rəhbərlik etməsinin özü təəccüb doğurur. Onun fəaliyyətinin konkret nümunələri bu qənaəti təsdiq edir. Son olaraq Martin Şults Azərbaycana qarşı qərəzli və böhtan xarakterli fikirlər söyləyib. Qeyd edək ki, Avropa Parlamenti bir neçə dəfə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışıb. 2013-cü il oktyabrın 23-də bu təşkilatın keçirdiyi plenar iclasda Azərbaycanda, guya, prezident seçkisinin beynəlxalq standartlara cavab vermədiyini ifadə edən qətnamə qəbul edilmişdi. Halbuki Avropa Parlamentinin müşahidə qrupu tamamilə əks mövqe bildirmişdi.
2014-cü il sentyabrın 18-də isə Aİ-nin bu qurumu “Azərbaycanda insan hüquqları müdafiəçilərinin istintaqı üzrə” qətnamə qəbul edib. Konkret cinayət əməllərində, o cümlədən, vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır. Onun bütövlükdə Qərb siyasətinə xas olan ikili standartlara uyduğu aydın görünür.
Maraqlı olan odur ki, bütün bunlar Avropanın ciddi siyasətçilərinin Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmələri fonunda cərəyan edir. Məsələn, Fransanın “Trombinoskop” jurnalının oktyabr nömrəsində Milli Assambleyanın deputatları Jerom Lamber, Tyeri Maryani və Jan Lui Dümon Azərbaycanın Avropa İttifaqının əsas tərəfdaşı olduğunu real faktlarla əsaslandırıblar. Avropanın enerji təhlükəsizliyinin təminində Bakının rolu əvəzsizdir. İqtisadi, enerji, mədəni və başqa sahələr üzrə tərəflər arasında əlaqələr inkişaf edir. Aİ-nin yüksək vəzifəli rəsmi şəxsləri Azərbaycanın strateji tərəfdaş kimi rolunu dəfələrlə vurğulayıblar.
Azərbaycanın uğurları: qəbul etməyənlərin problemləri
İndi isə cənab Martin Şults qalmaqallı və qərəzli bəyanatları ilə əməkdaşlığın yolunda əngəl törətməyə çalışır. Noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında o, Leyla Yunusovanın hüquqlarının pozulması haqqında dolaşıq fikirlər söyləyib. Bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına, guya, əməl edilmədiyi təəssüratı yaratmağa cəhd edib. Onun iddiasına görə, rəsmi Bakı Avropa Parlamentinin nümayəndə heyətinin ölkəyə gəlməsinə icazə vermir.
Azərbaycan tərəfi məsələ ilə bağlı bildirib ki, bununla əlaqədar Avropa Parlamentindən ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Belə olan halda ya M.Şultsun rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə dəqiq informasiyası yoxdur, ya da o, öz ampluasında qalaraq qalmaqallı, ikili yanaşmalara və öz təxəyyülünə əsaslanan fikirlər deməkdə davam edir. Hər iki variantda Avropa İttifaqı kimi quruma üz ağlığı gəlmir. Bunlar qeyri-ciddi siyasi mövqedən xəbər verir. Ən əsası isə obyektiv deyil, reallığı əks etdirmir.
Həmin səbəbdən Azərbaycan rəsmilərinin M.Şultsun söylədiklərinə sərt reaksiya verməsi tamamilə təbiidir. Məsələ burasındadır ki, bu cənab özünü günahsız insanların müdafiəçisi kimi göstərməyə çalışır. Lakin onun indiyə qədər Ermənistandan didərgin salınan, Qarabağdakı öz doğma yurdlarından qovulan yüz minlərlə azərbaycanlının hüquqlarından danışdığını görən olmayıb.
O, özünü beynəlxalq ictimaiyyətə haqqın-ədalətin tərəfdarı kimi təqdim etməyə çalışır. Bəs onda hansı səbəbdən erməni separatçıları tərəfindən həyatlarını itirmiş insanlardan, müxtəlif zorakılığa məruz qalmış müsəlmanlardan bəhs etmir? Sanki cənab Şults Azərbaycan haqqında mənfi fikir formalaşdırmağa bir fürsət axtarır. Bu cür davranışın ona baş ucalığı gətirdiyinə inanmırıq.
Üstəlik, çox qəribədir ki, M.Şults 25 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun, fikir bildirməyib. Münaqişənin ədalətli həlli üçün Avropa Parlamenti rəsmisinin (indi isə onun rəhbərinin) dedikləri əhəmiyyət daşıyardı.
Yaxud M.Şults nəyə görə Ferquson hadisələri ilə əlaqədar bəyanat vermədi? Niyə o, Avropanın müxtəlif ölkələrində hüquqları pozulan və zorakılığa məruz qalan insanlarla bağlı mövqe bildirmir? Belə çıxmırmı ki, onu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq maraqlandırır? Bakı nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Avropa və dünya miqyaslı idman yarışlarının keçirilməsi ona etibar edilir. Bunlar haqqında M.Şults heç bir fikir bildirməyib. Bu, qərəz deyilmi?
Yaxşı olardı ki, M.Şults Avropa İttifaqının qarşılaşdığı problemlər haqqında düşünsün. Təşkilatın düçar olduğu böhran vəziyyəti onun kimi məmurların fəaliyyəti nəticəsində yaranıb. Heç kəsə sirr deyil ki, düzgün strategiya seçilmədiyinə və səmərəli idarə olunmadığına görə Aİ hazırda ciddi çətinliklərlə üz-üzədir. Cənab Şultsun bunda nə dərəcədə məsuliyyət daşıdığını kim müəyyənləşdirəcək?
Aydındır ki, Azərbaycana qarşı növbəti çirkli oyun gedir. Qərbin bir sıra dairələri ölkənin uğurlarını qəbul etmək istəmir. Onlar həm də islamofobiyadan yaxa qurtarmaq iqtidarında deyillər. Birtərəfli və qərəzli mövqe heç zaman uğur gətirmir. Şübhə yoxdur ki, Azərbaycan bu kimi bəyanatları qəbul etmir və seçdiyi inkişaf yolu ilə irəliləyəcək. Eyni zamanda, qanunun aliliyini tam təmin edəcək. Bu yolda Bakının kənardan kimsənin məsləhətinə ehtiyacı yoxdur və təzyiq dilində onunla danışmaq səmərəsiz işdir.
Bunlarla yanaşı, Avropa Parlamentində Azərbaycana qarşı qərəzli fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir. Həmin aspektdə Avropa İttifaqının müəyyən problemlərlə qarşılaşdığını demək olar. Görünür, bu təşkilat hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmir. Bəlkə də dini təəssübkeşlik onlara mövcud mənzərəni obyektiv görməyə mane olur. Hər bir halda Azərbaycan dövləti ilə ədalətli davranmaq, onun haqlı mövqeyini qiymətləndirmək gərəkdir.
Martin Şults Avropa İttifaqının uğursuz kadrlarından biri təsiri bağışlayır. Onun səhvləri və avantürist çıxışları təşkilatın siyasi nüfuzuna xələl gətirir. Leyla Yunusova kimi “hüquq müdafiəçiləri”ni müdafiə etməyin özü böyük ədalətsizlikdir. Ən azından ona görə ki, L.Yunusova vətənə xəyanət edib. Cənab Şults Almaniyaya, məsələn, xəyanət etmiş bir adamı Azərbaycandan kiminsə müdafiə etməsinə necə reaksiya verərdi? İnanmırıq ki, bu addımı o qəbul edərdi.
Avropa Parlamenti rəhbərinin öz fəaliyyətinə yenidən baxması, hər şeydən əvvəl, Avropanın problemləri ilə məşğul olması daha faydalı olardı. Azərbaycan demokratikləşmə və islahatlar yolundan dönməyəcək. Çünki bu ölkənin daxili və xarici siyasəti tam düşünülmüş, elmi əsaslandırılmış, proqnozlaşdırıla bilən kursa əsaslanır.
Newtimes.az

 
  • Oxunub:  15210  |  
  • Tarix:  03-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb

17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA