Ana səhifə »  Xarici siyasət »  Erməni nazirin çətin anları: Nalbandyan həqiqətdən yayındı
A+   Yenilə  A-
Erməni nazirin çətin anları: Nalbandyan həqiqətdən yayındı

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sülh problemlərinin tədqiqi ilə məşğul olan Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda təşkil edilən bir tədbirdə ölkəsinin xarici siyasəti mövzusunda məruzə edib. O, çıxışının çox hissəsini İrəvanın xarici siyasətinin təhlilinə deyil, Azərbaycana böhtan atmağa sərf edib. Bakını bir sıra məsələlərdə, əsasən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyə görə, öz anlamında tənqid edib. Azərbaycanın sürətli inkişafını təhrif edən E.Nalbandyan onun hərbi qüdrətinin artmasından narahatlığını da dilə gətirib. Real vəziyyətin obyektiv təhlilindən uzaq olan bu mövqe faktiki olaraq rəsmi İrəvanın acizliyinin əlamətidir. Artıq Ermənistan rəhbərliyi münaqişənin həlli ilə əlaqədar heç bir tutarlı təklif verə bilmir. Bunun günahkarı isə rəsmi İrəvan və onun havadarlarıdır.
Siyasətdə yalan: erməni diplomatın biabırçı fiaskosu
Rəsmi İrəvanın xarici siyasətdə obyektiv mövqe tutmadığı məlum faktdır. Təcrübə göstərir ki, Ermənistan rəhbərliyi daim faktları təhrif edir, reallığı dünya ictimaiyyətindən gizlətməyə çalışır. Ermənilərin məzlum, zərərçəkən və yardıma ehtiyacı olan xalq kimi təqdim edilməsi onların ideoloji sisteminin ana xəttini təşkil edir. Bu günlərdə Stokholmda sülh və barışa həsr edilmiş tədbirdə çıxış edən Ermənistanın xarici işlər naziri E.Nalbandyan da bu ənənəyə sadiq qalıb (bax: Address of Foreign Minister of Armenia Edward Nalbandian at the Stockholm International Peace Research Institute (SIPRI) / www.mfa.am, 26 noyabr 2014).
Əslində, erməni nazirin çıxışında yeni heç bir fikir yoxdur. O, Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə yanaşı, Ermənistanın sülhsevər obrazını da yaratmağa çalışıb. E.Nalbandyan çıxışının bir yerində çəkinmədən deyir ki, “Bakı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bütün təkliflərini rədd edib”. Guya Azərbaycan prezidentlərin Sankt-Peterburq, Həştərxan, Soçi və Kazan görüşlərində qəbul edilən qərarları yerinə yetirməyib.
Belə iddialar bu siyasətçinin qeyri-ciddiliyindən xəbər verir. Çünki Ermənistan dəfələrlə münaqişə ilə bağlı qəbul edilən sənədləri qulaqardına vurub, BMT-nin 4 qətnaməsinə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının verdikləri bəyanatlara əməl etməyib. Müxtəlif beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasını tələb edən sənədlər hazırlayıblar. Ancaq onların heç birinə rəsmi İrəvan müsbət reaksiya verməyib. Əksinə, hazırda Azərbaycanın zəbt olunmuş ərazisində 50 minə yaxın hərbçi cəmləşdirib.
Bu kontekstdə son zamanlar Ermənistanda yenidən “Yevlax və Mingəçevirə qədər hücum etmək” şousu başlayıb. Döyüş helikopteri fiaskosundan sonra təcavüzkar ölkənin bəzi dairələri ermənilərdə ruh yüksəkliyi yaratmaq adı altında zorakılığı və qonşu torpaqları işğal etmək kimi yolverilməz ideyanı yaymağa başlayıblar. Bunun fonunda isə E.Nalbandyan Avropanın mərkəzində başqalarına “sülh haqqında moizə” oxuyur.
Onun gətirmək istədiyi üzdəniraq faktlar birtərəfli və qərəzli yanaşmanın nəticəsidir. Məsələn, erməni nazir Azərbaycanın hərbi xərclərinin sürətlə artdığından gileylənir və bunu rəsmi Bakının “davakar niyyətləri” ilə əlaqələndirir. Real vəziyyətlə tanış olmayanları bu kimi ittihamlar çaşdıra bilər. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycan yalnız özünümüdafiə üçün ordusunu gücləndirir, onu müasir silahlarla təmin edir. Bakı bunu etməyə məcburdur. Çünki 25 ilə yaxındır ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.
Narahat İrəvan: özü yıxıldı, ancaq ağladı
İndi Ermənistanı bu aspektdə iki məqam daha çox narahat edir. Birincisi - Azərbaycan ordusunun həddən artıq güclənməsidir. Rəsmi İrəvan başa düşür ki, savaş olsa, Azərbaycan əsgəri işğal olunmuş torpaqları azad edəcək, düşmənə layiqli cavab verməklə ölkənin ərazi bütövlüyünü bərpa edəcək.
İkincisi, Azərbaycan rəhbərliyi heç bir kənar təzyiqə baş əyməyərək müstəqil xarici siyasət yeridir. Bu o deməkdir ki, rəsmi Bakı işğal altında olan torpaqların qaytarılması barədə orduya əmr verə bilər və bunun qarşısını heç kim ala bilməz. Bu səbəbdəndir ki, erməni siyasətçilər hər vəchlə danışıqlar prosesini uzadır və müxtəlif tədbirlərdə yalan danışır, real mənzərəni beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırlar. Eyni zamanda, rəsmi İrəvan danışıqlar imitasiyası yaradır, öhdəlik götürür və sonra ondan qaçır və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus “qumar oyunu” kimi baxır.
E.Nalbandyan Azərbaycanın hərbi qüdrətinin artması fonunda Ermənistanın düşdüyü miskin vəziyyəti ört-basdır etməyə çalışır. Burada əsas məqsədin mövcud status-kvonu saxlamaqdan ibarət olduğu şübhə doğurmur. Erməni siyasətçilər və hərbçilər özlərinə sərf edəndə Ermənistan ordusunu (bəzi hallarda onlar “DQR özünümüdafiə qüvvələri” kimi qondarma ifadələr də işlədirlər) Cənubi Qafqazda ən güclü ordu kimi təqdim edirlər.
Onların leksikonunda Azərbaycanın Mingəçevirə qədər ərazilərini işğal edə biləcəkləri həmişə yer alır. Sual olunur: Ermənistan ordusu bu qədər güclüdürsə, o silahları haradan və hansı vəsaitə alır? “Sülhsevər ölkə” ordusunu niyə bu dərəcədə inkişaf etdirməyə çalışır? Belə çıxır ki, rəsmi İrəvan yalan danışır - həm Azərbaycanla bağlı uydurma fikirlər söyləyir, onu qaralamaq istəyir, həm də özünün güclü hərbi qüvvələrə malik olduğuna başqalarını inandırmağa cəhd göstərir. Ancaq bu kimi primitiv məntiqə əsaslanan oyunların təsirsiz olduğunu anlamaq gərəkdir.
Buna görədir ki, hətta tələbələrin verdiyi suallara E.Nalbandyan doğru-dürüst cavab tapa bilməyib. Stokholm tədbirində bir neçə azərbaycanlı gənc erməni nazirin konkret məsələlər barədə fikrini bilmək istəyiblər. Məsələn, BMT-nin qəbul etdiyi 4 qətnaməyə İrəvanın əməl etməməsinin səbəblərini, Xocalı hadisələrinə onun münasibətini öyrənmək istəyən azərbaycanlı gənc fəallara nazirin cavabı yekunda belə olub: “Deyəsən, salonun 90 faizini azərbaycanlılar təşkil edir”.
Bu, diplomat məntiqidirmi? Haqlı siyasətçi ciddi surətdə verilən sualları cavablayar və milliyyəti qabartmaz. E.Nalbandyan isə bu cür davrana bilməzdi, çünki o, ədalətli deyil, həqiqətdən qaçır!
Azərbaycan həmişə aydın və ədalətli mövqe tutub. Bakı beynəlxalq hüququn bütün müddəalarına hörmətlə yanaşır, onun çərçivəsindən kənara çıxmır. Bununla yanaşı, Azərbaycan torpaqlarını işğaldan azad etmək hüququnu da özündə saxlayır. Ordunun daim gücləndirilməsi də məhz buna xidmət edir.
Ermənistan diplomatiyası isə düşdüyü ağır vəziyyətdən xilas olmaq üçün səmərəsiz addımlar atmaqdadır. E.Nalbandyanın Stokholmda sülhpərvərlikdən danışması bunun əlamətidir. Rəsmi İrəvanın özünə haqq qazandırmaq üçün heç bir real arqumenti qalmayıb. Bu kontekstdə məsələnin başqa tərəfi də maraq doğurur.
Hiss olunur ki, İrəvan yaxın perspektivdə regionda dağıdıcı rol oynamağa çalışacaq. Onun konstruktiv mövqeyə gəlmək istəyi gözə çarpmır. İndi qlobal miqyasda geosiyasi vəziyyət o dərəcədə mürəkkəbdir ki, Cənubi Qafqaz barıt çəlləyinə bənzəyir. Yaxın regionlarda müşahidə edilən proseslər bu cür proqnoz verməyə əsas yaradır.
Burada Ermənistana havadarlıq edənlərin də rolunu vurğulamaq məcburiyyətindəyik. Hələ də ermənilərə Qərbin müxtəlif təşkilatları milyonlarla yardım verir, onu yeri gəldi-gəlmədi müdafiə etməyə çalışırlar. Görünür, bunlar erməni siyasətçilərini çəkinmədən bütün tədbirlərdə ağ yalanlar danışmağa cəsarətləndirir. Lakin kimsə unutmamalıdır ki, uduzan bütövlükdə dünya olur. Yalan və böhtana dəstək verməyin özü böyük ədalətsizlik və haqsızlıqdır.
Azərbaycana gəldikdə isə, onu müstəqillik yolundan heç bir qərəzli münasibət döndərə bilməz. Ordu ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır. Onun inkişafı üçün dövlət başçısı çox səmərəli addımlar atır. Erməni təcavüzkarlarına verilən layiqli cavablar da bunu təsdiq edir. Bəli, düşmən narahatdır. Müxtəlif bəhanələr uydurmaqdadır. Ancaq yaranmış vəziyyətdən yeganə düzgün çıxış yolu var - Ermənistanın hərbi qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır.
Newtimes.az

 
  • Oxunub:  15210  |  
  • Tarix:  09-12-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA