Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Fransanın “TV5Monde” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Fransanın “TV5Monde” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

16.01.2015 [10:13]

Fransanın “TV5Monde” kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb.
AzərTAc xəbər verir ki, verilişin qonağı olan Fansanın Azərbaycandakı səfiri Paskal Mönye ölkəmizdəki fransız icması, Azərbaycan ilə Fransa arasında iqtisadiyyat və təhsil sahələrində mövcud olan əlaqələr haqqında məlumat verib. Səfir Azərbaycan hökuməti tərəfindən ölkədə informasiya-kommunikasiya texnologiyaları və turizm sahələrinin inkişafına böyük həcmdə sərmayə yatırıldığını bildirib.
Təhsil sahəsində əlaqələrdən bəhs edən səfir vurğulayıb ki, bununla bağlı bir sıra tədbirlər həyata keçirilir. O, Bakıda Fransız Liseyinin açıldığını, azərbaycanlı tələbələrin Fransada təhsil almalarının asanlaşdırılması üçün universitetlərarası forumların keçirildiyini diqqətə çatdırıb.
Azərbaycandakı yüksək tolerantlıq mühitindən də danışan Paskal Mönye müxtəlif dinlərin nümayəndələrinin burada sülh şəraitində yaşadıqlarını vurğulayıb.
Verilişin digər qonaqları son illər Azərbaycanda həyat səviyyəsinin yüksəlməsindən, müasir infrastrukturun yaradılmasından, Bakı şəhərinin sürətlə inkişaf etməsindən və onun Dubay ilə müqayisə ediləcək gözəllikdə olmasından söhbət açıblar.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi işinin sürətlə həyata keçirilməsi, fransız şirkətlərinin ölkəmizə investisiya yatırmağa böyük maraq göstərmələri, bununla bağlı çoxsaylı müqavilələrin imzalandığı da verilişdə qeyd edilib.
Həmçinin Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunduğu, Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi, muğamımızın dünya musiqi incilərindən biri olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31