Ana səhifə »  Xarici siyasət »  Avropa korrupsiya böhranında
A+   Yenilə  A-
Avropa korrupsiya böhranında

Bu gün dünyada korrupsiya və rüşvətxorluq halları bir sıra dövlətlərin, o cümlədən də bu xüsusda Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirən, bizə, necə deyərlər, dərs keçməyə çalışan ölkələrin özlərinin ciddi “başağrısına” çevrilib
Hazırda Azərbaycan istər MDB məkanında, istərsə də Avropa miqyasında korrupsiyaya, rüşvətxorluq hallarına qarşı ən sərt şəkildə və ardıcıl mübarizə aparan dövlətlər sırasında yer alır. Respublikamızda ölkənin nümunəvi inkişaf modeli ilə bir araya sığmayan korrupsiyaya və ictimai münasibətlərdəki bu kimi digər neqativ hallara qarşı mübarizəyə dövlət tərəfindən güclü siyasi iradə nümayiş etdirilir, eyni zamanda cəmiyyət də buna böyük dəstək verir. Təbii ki, hər şey müqayisədə daha aydın görünür. Yəni, hazırda qlobal miqyasda korrupsiya və ictimai münasibətlərdə rast gəlinən digər neqativ halların statistikasına nəzər saldıqda ölkəmizdə son illərdə korrupsiyaya qarşı mübarizənin miqyası və səmərəliliyi barədə daha konkret təsəvvür yaranır. Bu gün dünyada korrupsiya, ayrı-ayrı qurumlarda rüşvətalma halları bir sıra dövlətlərin, o cümlədən də, bu xüsusda Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirən ölkələrin özlərinin ciddi “başağrısına” çevrilib.
ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəladır
Məsələn, bu gün qlobal miqyasda milli dövlətlərə müxtəlif vasitələrlə təzyiq göstərən, “demokratiya”, “şəffaflıq”, “insan haqları” kimi anlayışları manipulyasiya vasitəsinə çevirən ABŞ-da korrupsiya ilə bağlı ciddi narahatlıq yaşanır. Bu ölkədə korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla hesab olunur. Amerikalıların 80 faizi hesab edirlər ki, ABŞ-ın hakimiyyət orqanları tamamilə korrupsiyalaşıb.
Xatırladaq ki, bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Lakin hələ də bu barədə də susmağa üstünlük verilir. Həmçinin, İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
Keçən ilin oktyabrında isə ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu barədə susmağa üstünlük verilir. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən sabiq prezident Buşa (kiçik) gedib çıxmışdı.
Dünyaya “ağıl verən” ölkə olan ABŞ-da korrupsiya ilə bağlı yetərincə belə faktlar var. Bildirmək yerinə düşər ki, Nyu-Cersi ştatının senatoru, məşhur ermənipərəst siyasətçi Robert Menendez bu günlərdə cinayət məsuliyyətinə cəlb edilib. O, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə, o cümlədən, “dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunur.
Əslində, bu kimi faktlar ABŞ-la yanaşı, bir sıra başqa ölkələrin də simasını təşkil edir. Məsələn, Avstraliyada 13 dövlət məmuru 15 “Evrofayter” qırıcısının alınması ilə bağlı 70 milyon avro “yeməkdə” şübhəli bilinir. Elə qırıcıların özləri də keyfiyyət baxımından verilən qiymətə dəymir.
Müharibə Qərbi varlandırır
Bu məqamda Amerika siyasətçisi Ron Polun bir fikrini xatırlatmaq yerinə düşər. O, iddia edir ki, yeni “təhlükələr” silah istehsal edən şirkətlərə böyük gəlir gətirir. Onlar isə öz növbələrində analitik mərkəzlərə, mediaya, kinostudiyalara böyük məbləğdə vəsait ödəyirlər ki, müharibə təbliğatı aparsınlar. R.Polun sözlərinə görə, Amerika elitasının nümayəndələri asanlıqla sadə vətəndaşların maraqlarını tapdamağa hazırdırlar.
Elə Böyük Britaniyanın Müdafiə Nazirliyində baş verənlər də Qərbin müxtəlif müharibə variantlarından və orduların təchizatından əməlli-başlı pul qazandığını təsdiqləyir. Belə ki, bu ölkənin Müdafiə Nazirliyi hərbçilərin on-layn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul sərf edib, amma proqram lazımınca işləmir. Nazirlik buna görə ciddi tənqidlərə məruz qalır. Qurum 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirlik günahkarların cəzalandırılmayacağını bəyan edib. Üstəlik, bunu vəsaitə qənaət kimi qiymətləndirib. Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon “Tayms” qəzetində dərc edilmiş məqaləsində təntənəli surətdə elan edib ki, London dərhal içində nüvə silahı olan dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. Düzdür, M.Fellon əlavə edib ki, bu planlar yalnız o halda həyata keçəcək ki, 7 mayda mühafizəkarlar partiyası yenidən seçkiləri udsun.
Əlbəttə, Britaniya hərbçilərinin sevincini anlamaq olar. Son illər Böyük Britaniyada müdafiə xərcləri sürətlə azalırdı. Dərin maliyyə böhranı şəraitində bir çox britaniyalılar sual verirdilər ki, axı Amerika nüvə çətirinin ölkənin üstündə açıldığı halda bahalı nüvə silahı nəyə gərəkdir?
Belə fikirlər yaxın vaxtlara qədər digər avropalıları da düşündürürdü. Onlar səmimiyyətlə inanırdılar ki, NATO onun üçün yaradılıb ki, ABŞ Avropanı xarici təhdidlərdən qorumaq xərclərini öz üzərinə götürsün. Bundan başqa, real təhlükələr praktik olaraq mövcud deyildi. Beləliklə, Avropa ölkələrinin müdafiə büdcələri hər il daha da azalırdı. Əgər belə davam etsəydi, onda Avropa İttifaqı (Aİ) dövlətləri Brüsseldə təvazökar ofislə yığcam, vahid mərkəzi ordu yaradıb milli müdafiə nazirliklərini bağlamalı olardı. Onda görün nə qədər avroəsgərə yeni iş yeri axtarmaq lazım gələrdi?
Beləliklə, fəaliyyət sferalarının daralma təhlükəsi Qərb dövlətlərinin ordu strukturlarının rəhbərlərini əməlli-başlı narahat edirdi. Onlar, necə deyərlər, boş dayanmaqdansa, yeni münaqişə ocaqlarının alovlanması arzusunda idilər. Belə bir şəraitdə İranın olan-olmaz nüvə proqramı haqda xəbərlər avropalıları çox mütəəsir etdiyi halda, bununla bağlı artırılan xərclər Qərb hərbçilərini heç bir vəchlə qane etmirdi. Belə olan halda ABŞ-ın dəstəyi ilə Yaxın Şərqdən “təhlükə” meydana çıxdı. “Suriyanın dostları” bir neçə il yeni “layihələri” pul və silahla təchiz etdilər. Nəticədə, nəzarət altında olmayan “İslam dövləti” adlı hərbi güc ortaya çıxdı. Və indi ABŞ prezidenti “İŞİD”i “mədəni dünya”nın əsas düşməni adlandırır. Təbii ki, “mədəni dünya” müdafiə olunmaq üçün xərclərini də artırır.
İştah diş altındadır, deyiblər. Yəni, Qərb hərbçiləri yenə də müdafiə xərclərinin azlığından giley-güzar edirdilər. Onların təkidləri öz “bəhrəsini” verdi və Ukrayna krizisi şiddətləndi. “Yeni “soyuq müharibə” təbliğatı, görünür, özünü doğruldur”-CNBC üçün yazdığı məqalədə ABŞ-ın keçmiş konqres üzvü Ron Pol qeyd edir. Onun sözlərinə görə, Almaniya keçən həftə 100 “Leopard” tankı alınacağını elan edib. Bununla “Leopard” tanklarının miqdarı 45 faiz artırılıb. Bu layihə demək olar ki, Almaniya hökumətinə yarım milyard dollara başa gələcək.
Ümumiyyətlə, belə avantüralar həmişə özünü doğruldub. Məsələn, ABŞ Əfqanıstanda müharibəyə trilyon dollar xərcləyib. Bundan başqa, hələ münaqişə sahəsində olan və ya evə dönən əsgərlərə tibbi xidmətlər üçün böyük məbləğdə pul xərclənir. Harvard Universitetinin iqtisadçısı Linda Bilms hesab edir ki, İraq və Əfqanıstan mühariblərinin veteranları üçün tibbi xərclər 134 milyard dollar təşkil edir. Lakin bu, yekun xərc deyil, çünki bir çox xərcləri proqnozlaşdırmaq, sadəcə, mümkün deyil. Müharibələri tibb mafiyasının əməli adlandıran ekspert qrupu isə İraq, Əfqanıstan, indi də Suriya və Yəmən müharibələrindən sonra dünyada, xüsusən də Şərq ölkələrində psixi xəstəliklərdən müalicə alanların sayının dəfələrlə artdığını deyir. Beləcə, müharibələr Qərbdə əczaçılıq sənayesinin və tibbin çiçəklənməsinə rəvac verir. Bir sözlə, görünən odur ki, bəzi Qərb ölkələrinin rəhbər şəxsləri həm korrupsiya, həm də müharibələr etməklə varlanmağa üstünlük verirlər.
Avropa polisinin avrorüşvəti də diqqətdən kənarda qalmır
Yuxarıda sadalanan faktların fonunda onu da qeyd edək ki, bu arada Avropa İttifaqının antikorrupsiya agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb. Hesabata əsasən, Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
Qərb ölkələrində hüquq-mühafizə sistemində çalışanların avrorüşvəti isə daha çox diqqəti cəlb edir. Belə ki, Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. “Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.
Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır. OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, “Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır. Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də, korrupsiya ilə Ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”.
Korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilib
Beləliklə, Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilir. Yeri gəlmişkən, bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: “Bayerişer Nof” hotelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin mehmanxanada yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K.Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da prezident “xidməti vəzifəsindən sui-istifadə edərək qazanıb”. Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azadlıqdan məhrumetmə cəzası, yaxud böyük məbləğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub.
Almaniyada tüğyan edən korrupsiya ilə bağlı başqa faktlara diqqət yetirək. Məlum olub ki, bu ölkədə Xristian Demokrat Partiyası BMW şirkətinə nəzarət edən Kvandt ailəsindən 690 min avro ianə alıb. Əvəzində Almaniya Aİ-də atmosferə atılan qazlarla bağlı kvota tətbiqinin yubadılmasına nail olub. Biberax şəhərində siçanlar üçün körpü tikilməsinə isə 435 min avro xərclənib. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyarda qalxıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min avro xərc qoyulur.
Almaniyanın Yunanıstanı silahlandırma proqramına görə də Aİ-nin büdcəsindən milyardlarla maliyyə vəsaiti silməsi faktları da mövcuddur. Buna görə də, ekspertlər korrupsiyanın vəziyyətinə görə Almaniyanı Nigeriya ilə müqayisə edirlər.
Fransada da oxşar hallar müşahidə edilməkdədir. Bu ölkədə büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir, nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub. Qeyd edək ki, Kayuzak hələ 2012-ci ildə “Mediapart” internet saytı tərəfindən ortaya çıxarılan İsveçrədəki bank hesablarını təkzib etsə də, sonradan qəbul etmək məcburiyyətində qalmışdı.
Elə İtaliya da korrupsiya faktlarında digər Avropa ölkələrindən geri qalmır. Məsələn, 2013-cü ilin axırlarında məlum olub ki, İtaliyanın Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti “yeyilib”. 2009-cu il zəlzələsindən sonra şəhər dağılmışdı. Onun bərpasına 8 milyard avro ayrılıb. İndi məlum olub ki, tikinti smetası tutularkən xərclər 2,5-3 dəfə şişirdilib, tikilən evlər isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur.
Korrupsiyada bu ölkənin infrastruktur və nəqliyyat naziri Maurizio Lupinin adı tez-tez hallanır. İtaliyada aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya ilə bağlı 4 nəfər həbs edilib. Telefon danışıqları nəticəsində ortaya çıxan hadisə zamanı nazir özünü müdafiə etməyə çalışsa da, onun yaxın dostu olduğu bildirilən və həbs edilən biznesmen Stefano Perottinin Lupinin oğluna 10 min avro məbləğində “Polex” saatı verdiyi və onun işə girməsinə vasitəçilik etdiyi ortaya çıxıb. Ümumiyyətlə, bu hadisə ilə bağlı İtaliyada 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Florensiya prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində “Expo 2015” layihəsi çərçivəsində həyata keçirilən tikinti işləri, bəzi liman və şose yol layihələri, Milan-Verona və Florensiya-Bolonya arası sürətli qatar xətti, Roma və Milan metrolarında aparılan inşaat layihələrində korrupsiya hallarının baş verdiyi təsbit edilib. Hakimlər Birliyi başçısı Rodolfo Sabelli hökuməti korrupsiya qarşısında sərt tədbirlər görməməkdə və sui-istifadə hallarına yol verənləri müdafiə etməkdə günahlandırıb. Neapol şəhərində aparılan digər bir tədqiqat nəticəsində UNESCO-nun Dünya Miras Siyahısında yer alan qədim Pompey şəhərinin keçmiş rəhbəri Marçello Fioriyə məxsus 5 milyon 770 min avro vəsait müsadirə edilib. Mədəniyyət Nazirliyinin Campaniya bölgəsindəki şöbəsinin 9 işçisi də istintaqa cəlb edilib. Müəyyən edilib ki, 2010-cu ildə Pompeydəki qədim teatrın restavrasiyası zamanı külli miqdarda vəsait mənimsənilib.
Hindistan hökumətinin İtaliyanın “Filmeccanica” şirkəti ilə bağlı çıxartdığı qərar da bu ölkədə korrupsiyanın geniş yayıldığını təsdiqləyir. Verilən məlumatlara görə, Hindistan hökuməti “Filmeccanica” ilə 753 milyon dollarlıq sövdələşməsini ləğv etməli olub. “Filmeccanica” Britaniya şirkəti ilə birgə Hindistanın prezidenti və baş naziri üçün VİP helikopter hazırlamalı idi. Lakin sonda məlum olub ki, sifarişin əldə edilməsi üçün şirkət yüksək rütbəli məmurlara 67,6 milyon dollar rüşvət verib.
Bildirmək yerinə düşər ki, Avropa ölkələrində korrupsiya festivalı da təşkil edilir. İspaniyanın Valensiya şəhərində XVIII əsrdən qalan bir ənənə olan “La Fallas” festivalı cari ildə maraqlı görüntülərə səhnə olub. 1 milyondan artıq insanın izlədiyi festivalda çilingər və ustaların 1 illik əməyinin məhsulu olan 770 fərqli fiqurdan ibarət böyük kuklalar şəhərin dörd bir yanında nümayiş olunduqdan sonra yandırılmaq üçün şəhər mərkəzinə gətirilib. Festivalda siyasətçilərin, son dövrlərdə korrupsiya ilə bağlı gündəmdə olan şəxslərin fiqurları nümayiş olunub. İspaniya Kralı VI Filip, baş nazir Mariano Raxoy, müxalif Sosialist İşçi Partiyasının lideri Pedro Sançez, maliyyə naziri Kristobal Montoro kimi bir çox siyasətçi festivalın “qəhramanı” olub. Korrupsiyada günahlandırılan Kral VI Filipin bacısı şahzadə Kristinanın həyat yoldaşı Palma Dükü İnaki Urdanqarinin, sabiq nazirlərdən Jordi Rujol və korrupsiya ilə bağlı həbsə alınan məşhur İspaniya sənətçisi İsabel Panjoyanın da fiqurları böyük maraqla qarşılanıb. Qeyd edək ki, ötən il İspaniyada 150 korrupsiya faktında 2 mindən çox şübhəlinin adı keçib. Bir çox tanınmış insanların yer aldığı bu siyahıda ən maraq doğuran Kral VI Filipin bacısı şahzadə Kristinadır. O, vergidən yayınma və ictimai fondlardan başqa məqsədlər üçün istifadədə günahlandırılır. Kataloniyanın rəhbəri olan Jordi Pujol 30 il boyunca pullarını xaricdə saxladığını etiraf edib. Korrupsiya istintaqında adı çəkilən 50-yə yaxın şəxsin məhz iqtidardakı Xalq Partiyasından olması xalqın bu partiyaya olan etibarını sarsıdıb.
Korrupsiyada adı hallanan ölkələrdən biri də Belçikadır. Bu ölkənin Valoniya bölgəsinin iqtisadiyyat naziri Serge Kubla korrupsiya ilə bağlı həbs edilib. İstintaq nəticəsində aydın olub ki, Kublanın lotereya çəkilişlərinə təsir edəcək insanlara pul verərək satın alıb. Bununla bağlı Kublanın Konqoda lotereya oyunlarını təşkil etmək üçün sabiq lider Alfonso Muzitonun həyat yoldaşına 20 min avro verdiyi və ümumilikdə 500 min avroluq bir ödəniş planlandığı iddia edilib.
Niderlandda isə hasil edilən qazın satışından əldə olunan vəsaitlər xüsusi fondlara qoyulur ki, gələcək nəsillərə saxlanılsın. Lakin bir müddət öncə həmin fondların hesabına baxış keçirilərkən aydın olub ki, yarım trilyon dollar naməlum istiqamətdə xərclənib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  17400  |  
  • Tarix:  16-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb
20 Sentyabr 17:46
Kamilə Əliyeva: “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu
20 Sentyabr 17:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Sabirabad, Saatlı və İmişlidə vətəndaşlarla görüşüb
20 Sentyabr 17:41
«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20 Sentyabr 17:39
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
20 Sentyabr 17:18
Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb
20 Sentyabr 17:11
Britaniyalı Yəhudilər Şurasının üzvləri Azərbaycandakı dini və milli tolerantlığı yüksək qiymətləndiriblər
20 Sentyabr 17:09
Azərbaycan Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətlərini müzakirə edib
20 Sentyabr 17:07
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib
20 Sentyabr 17:04
Rövnəq Abdullayev: Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub
20 Sentyabr 16:59
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
20 Sentyabr 16:56
Kristian Okerhelm: Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün azad və tolerant mühit yaradılıb
20 Sentyabr 16:52
Musa Quliyev: Dövlət tərəfindən özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşma və dəstək verilməsi məqsədəuyğun olar
20 Sentyabr 16:49
Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edib
20 Sentyabr 16:47
Naqif Həmzəyev: Heydər Əliyevin neft strategiyası Azərbaycanın daha da güclənməsinə xidmət edib
20 Sentyabr 16:43
Deputat: "Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu
20 Sentyabr 16:41
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
20 Sentyabr 15:51
Fuad Qəhrəmanlının bu vəhşiliyi bütün cəbhəçilərin simasını göstərdi
20 Sentyabr 14:19
“Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən səbəblər vardı”
20 Sentyabr 10:49
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20 Sentyabr 10:46
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
20 Sentyabr 10:39
Elçin Quliyev: “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir
20 Sentyabr 10:25
ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA