Ana səhifə »  Xarici siyasət »  İordaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə dərc olunub
A+   Yenilə  A-
İordaniya mətbuatında görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında məqalə dərc olunub

“Aida İmanquliyeva ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alimdir”. AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin İordaniyada çıxan gündəlik “Əl-Qad” qəzetində dərc olunmuş məqaləsi belə adlanır.
Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, pedaqoq Aida Nəsir qızı İmanquliyevaya həsr olunmuş məqalədə deyilir ki, ərəb dünyası bəşər mədəniyyətini misilsiz əsərlər ilə zənginləşdirib. Alimlər, tədqiqatçılar, tərcüməçilər olmadan bu əsərlər dünyanın intellektual-fəlsəfi məkanına çıxa bilməzdi. Odur ki, müasir ərəb dünyasının ömrünü zəngin ərəb mədəniyyətinin və ədəbiyyatının araşdırılmasına həsr etmiş, ərəb fəlsəfi fikrinin bütün dünyaya inteqrasiyasının başlanğıcını qoymuş alimlərin adlarını öyrənməsi ədalətli olardı.
Məqalədə deyilir: “XX əsr şərqşünaslığının tarixində Aida İmanquliyevanın adı müstəsna yer tutur. O, ərəb ədəbiyyatının tədqiqatçısı və Müqəddəs Qurani-Kərimin tərcüməçisi İqnati Kraçkovski (1883-1951-ci illər) və digər böyük alimlərlə bərabər, öz elmi axtarışları ilə dünyanı ərəb poeziyası və nəsri, ərəb filologiyası, müasir ərəb ədəbiyyatı, mədəniyyəti ilə tanış edirdi”.
Xüsusi vurğulanır ki, istedadlı alim və ictimai xadim A.İmanquliyeva Azərbaycanın tarixində ilk qadın şərqşünas alim, filologiya elmləri doktoru və professor, Azərbaycan şərqşünaslığında mühacir ərəb ədəbiyyatının ilk qadın tədqiqatçısı, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsini tutan ilk qadın olub. O, Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin və Şərq Ədəbiyyatının Tədqiqi üzrə Ümumittifaq Əlaqələndirmə Şurasının üzvü olub. Azərbaycanlı alim bu qurumlar çərçivəsində ərəb mədəniyyətinin, ədəbiyyatının və filologiyasının öyrənilməsinə və təbliğinə böyük töhfə verib. Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi, elmi ictimaiyyətdə böyük nüfuz sahibi olan sanballı elm xadimi Aida xanım ərəb ədəbiyyatı və filologiyasının tarixi sahəsində araşdırmaların aktual məsələlərinə həsr olunmuş elmi konfranslarda və simpoziumlarda Azərbaycanı təmsil edib.
Müəllif yazır ki, Azərbaycan alimi yeni ərəb ədəbiyyatı və ərəb ölkələrində mədəni intibah tarixi sahəsində nüfuzlu mütəxəssis kimi artıq ötən əsrin 70-ci illərində öz əsərlərində yeni ərəb romantizminin fəlsəfi inkişafını işıqlandırıb, müasir ərəb ədəbiyyatının ən əhəmiyyətli cəhətini - humanizmi üzə çıxarıb. Məqalədə deyilir: “O, ötən əsrin 20-ci illərinin ərəb mühacir ədəbiyyatının müxtəlif aspektlərini əsaslı şəkildə öyrənərək, öz əsərlərində ənənəvi formalardan uzaqlaşma meyillərini, poeziyada romantizmin və nəsrdə tənqidi realizmin təsdiq edilməsini, habelə Şərq ilə Qərb mədəni ənənələrinin sintezini elmi cəhətdən əsaslandırmağa çalışıb ki, bu da ərəb dünyasında müasir fəlsəfi fikrin təbliğində böyük rol oynayıb”.
Məqalədə o da vurğulanır ki, Aida İmanquliyeva Şərq ilə Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim olub. O özünün çoxsaylı elmi əsərlərində mədəni əlaqələrin sintezini, yaradıcı metodun inkişafını və yeni bədii üslubun formalaşmasını təhlil edib. Bu da təkcə ərəb ədəbiyyatının deyil, həm də yeni Şərq ədəbiyyatlarının hamısının bu aspektdə təhlili üçün çox mühüm zəmin yaradır.
Məqalədə yeni ərəb poeziyası və nəsri tarixində bütöv bir dövrü müəyyən edən gənc ərəb yazıçılarının yaradıcılığını tədqiq edən professor A.İmanquliyevanın elmi maraqlar sahəsi ətraflı təsvir olunur. Bunlar “Mixail Nuayme və Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyaları, habelə 70-dən çox elmi məqalə, o cümlədən “Ərəb filologiyası məsələləri”, “Şərq filologiyası məsələləri”, “Şərqin problemləri: tarix və müasirlik”, “Yeni ərəb ədəbiyyatının formalaşmasında qarşılıqlı ədəbi əlaqələrin rolu” və s. məqalələrdir. A.İmanquliyeva Şərq ədəbiyyatı haqqında bir sıra kitab və məqalələrin elmi redaktorudur. O, böyük maarifçilik və ictimai fəaliyyət ilə məşğul olub, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından və filologiyasından dərs deyib, fəal şəkildə tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun rəhbərliyi ilə onlarca alim elmi həyata vəsiqə alıb.
Müəllif yazır: “Aida xanım İmanquliyevanın görkəmli ərəbşünas alim kimi böyük populyarlıq qazanmasına onun yüksək intellekti, gözəl xasiyyəti, bədii istedadı, məqsədyönlülüyü, sarsılmaz prinsipiallığı, elmi baxışlarını əsaslandırmaq bacarığı, habelə mükəmməl və nəcib aurası kömək edib. Onda insaniyyət, peşəkarlıq və qadın incəliyi harmonik birləşib”.
Məqalədə deyilir ki, Aida İmanquliyevanın dərin elmi təfəkkürü, dünyagörüşü və geniş baxışları ona nəinki elmi ictimaiyyət, hətta sadə insanların arasında hörmət qazandırıb. Onun səmimiliyini, xeyirxahlığını təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da çoxsaylı tələbələri, dostları, həmkarları qeyd edirlər. “Aida xanım İmanquliyeva təkcə elmə sonsuz sədaqətin deyil, həm də çətin vəziyyətə düşən adama kömək etməklə xeyirxahlığın əsl timsalı olub” - deyə müəllif yazır.
Məqalədə vurğulanır: “Müəllimlər, jurnalistlər arasında tərbiyə almış, məşhur kübar nəslin parlaq nümayəndəsi Aidə İmanquliyevanın qadın hərəkatı tarixində xüsusi yeri var. Onun hər iki qızı - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mili Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva analarının ideyalarının davamçılarıdır. Onlar Azərbaycanın mədəni və elmi irsinin dünya mədəni və elmi mühiti ilə qarşılıqlı əlaqələrinə və qarşılıqlı təsirlərinə nail olmaq məqsədilə onun qorunub saxlanmasına kömək göstərməyi davam etdirirlər”.
Müəllif diqqəti belə bir fakta da cəlb edir: 2006-cı ildə Heydər Əliyev Fondunun İSESCO ilə əməkdaşlığı çərçivəsində A.İmanquliyevanın “Yeni ərəb ədəbiyyatının korifeyləri” kitabı ərəb dilinə tərcümə edilərək nəşr olunub. Burada alim üç qabaqcıl ərəb yazıçısının - Cübran Xəlil Cübran, Mixail Nuaymə və Əmin ər-Reyhanın timsalında müvafiq tarixi dövrün mənəvi və mədəni kontekstinin ensiklopediyasını, Şərq müdrikliyi ilə Qərb dəyərlərinin qovuşmasını, ərəb ruhunun əbədiyaşarlığını araşdıraraq üzə çıxarıb. Kitab ərəb alimləri, bir çox ölkələrin görkəmli şərqşünasları arasında böyük əks-səda doğurub. Onlar Aida xanımın çoxillik məhsuldar fəaliyyətinə yüksək qiymət veriblər. Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyəti tərəfindən təşkil olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-ədəbi əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumunda, habelə AMEA tərəfindən təşkil olunmuş “Şərq xalqları ədəbiyyatı” beynəlxalq konfransında dünyanın bir çox ölkələrinin böyük alimləri yekdil fikirdə olublar ki, A.İmanquliyevanın çoxşaxəli elmi fəaliyyəti dünya mədəni nailiyyətləri xəzinəsinə əvəzsiz töhfə verib.
Məqalənin sonunda qeyd olunur ki, azərbaycanlı alim qısa, lakin mənalı ömrünü Şərq mədəniyyəti və ədəbiyyatının tədqiqinə həsr edərək, keçmiş və müasir dövrün dərin fəlsəfi təfəkkürü arasındakı gözəgörünməz əlaqələri üzə çıxarmağa cəhd edib. Aida xanımın intellektual irsi Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlərimiz arasında münasibətlərin inkişafında bu gün də mühüm rol oynayır. Şübhəsiz ki, ona nəinki alim kimi parlaq nəticələr əldə etmək, həm də öz xalqının qəlbində kamilliyin rəmzi kimi qalmaq müyəssər olub.

 
  • Oxunub:  17400  |  
  • Tarix:  18-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA