
Azərbaycan-Pakistan Media Forumu və Baydari Fikri Forumunun İslamabadda keçirilən birgə toplantısında Avropa Parlamentinin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə kəskin tənqid edilib.
Toplantıda həmin qətnamə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması oxunub.
Tədbirdə Azərbaycan-Pakistan Media Forumunun baş katibi, Pakistan Xarici İşlər Nazirliyinin sabiq dövlət katibi Əkrəm Zəki, sabiq federal nazir Qulam Xan, Pakistan Jurnalistləri Federal Birliyinin sabiq baş katibi Riffat Kadri çıxış edərək Avropa Parlamentində qəbul edilən qətnamənin tam əsassız və qərəzli olduğunu bildiriblər.
Çıxışlarda ermənilərin zamanla azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlar, xüsusilə 31 mart və Xocalı soyqırımları haqqında faktlar əsasında məlumat verilib.
“National Herald Tribune” və “Statetimes” qəzetlərində toplantı haqqında məlumat dərc edilib.
- Oxunub: 17580 |
- Tarix: 21-04-2015 |
-
Çap et |