Ana səhifə »  Xarici siyasət »  Rusiyanın nüfuzlu “Novıye İzvestiya” qəzetində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
A+   Yenilə  A-
Rusiyanın nüfuzlu “Novıye İzvestiya” qəzetində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Rusiyanın nüfuzlu “Novıye İzvestiya” qəzetinin 12 may tarixli nömrəsində Sergey Seninin Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “O, ölkənin simasını dəyişdi” sərlövhəli geniş məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.
* * *
Mayın 10-da Azərbaycanda Ümummilli lider və müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin doğum günü qeyd edildi. Azərbaycanı tamamilə dağılmış və tənəzzülə uğramış vəziyyətdə qəbul edən Heydər Əliyev onu özündən sonra bütün postsovet məkanında ən firavan ölkələrdən biri kimi qoyub getdi. Bunu təkcə MDB məkanında, Ön Asiya və ya Yaxın Şərq ölkələrində deyil, bütün dünyada etiraf edirlər.
“Heydər” sözü ərəb dilindən tərcümədə “cəsur” deməkdir. Bu ad, öz sahibinin bütün həyatına və karyerasına mistik şəkildə təsir göstərib. Dünya xəritəsində yeni yaranan Azərbaycan dövləti bu İnsanın sayəsində səmərəlilik indeksini dünya reytinqinin bir çox parametrləri üzrə ildən-ilə artıraraq, uğurla inkişaf etməyə başladı.
Bu, çox narahat bir dövr idi. 1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa etmiş bir ölkəni daxili münaqişələr və klan çəkişmələri parçalayırdı. Əvvəlki rəhbərlər iqtisadiyyatı tənəzzülə uğratmışdılar, Xalq Cəbhəsi isə “alovlu inqilabçı” Əbülfəz Elçibəy ilə birlikdə xalqı siyasi xaosa sürükləmişdi.
Bu gün bir çox ekspertlər belə bir fikirdə həmrəydirlər ki, Heydər Əliyev 1993-cü ilin yayında hakimiyyətə qayıtmasaydı, Azərbaycan Respublikasının da mövcudluğuna sələfi - tarixi ölçülərə görə ömrü çox qısa - cəmi iki il (1918 - 1920) olan Azərbaycan Xalq Cümhuriyyəti kimi son qoyulacaqdı.
Ötən əsrin əvvəllərində də, doxsanıncı illərin əvvəllərində də sabit siyasi hakimiyyət formalaşmamışdı, bütün ərazilərin nümayəndələrini razı salan və birləşdirən milli ideya tapılmamışdı. Dağlıq Qarabağda başlayan qarşıdurma təkcə ayrı-ayrı torpaqların deyil, həm də dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaradan permanent vətəndaş müharibəsinə çevrilmişdi.
Tarixçilər Heydər Əliyevin zəngin irsini, xüsusən Onun Sovet İttifaqının geosiyasi məkanında baş verən tektonik dəyişikliklər dövründə fəaliyyətini və postsovet cəmiyyətinin demokratikləşməsində rolunu hələ öyrənməlidirlər.
Əlbəttə, bunlar sonra baş verdi, bir qədər əvvəl isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Yuri Andropov Heydər Əliyevə Nazirlər Sovetində yüksək vəzifə təklif etməklə, Onu sözün əsl mənasında, Bakıdan çəkib apardı. Brejnev dövründən sonra Siyasi Büroda mövqeyini möhkəmləndirmək üçün Yuri Vladimiroviçin yaxın və inanılmış adamlara ehtiyacı var idi. Başa düşürdü ki, ətrafında lazım gələndə onu dəstəkləməyə hazır olan məsləkdaşların sayı bir o qədər də çox deyil. O, Heydər Əliyevi məhz belə bir insan hesab edirdi.
Heydər Əliyev “Novıye İzvestiya” qəzetinə çoxdankı müsahibəsində həmin hadisələri belə xatırlayırdı: “Bizim yaxın, hətta dost münasibətlərimiz vardı, lakin buna baxmayaraq, mən ona dedim: “Yuri Vladimiroviç, icazə verin, Bakıda qalım”. Amma Andropov təkid etdi və mən Moskvaya gəldim, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldum”.
Çingiz Aytmatov:
“Türk dünyasının böyük və qüdrətli oğluna, görkəmli dövlət xadiminə, ömrümüz boyu ibrət götürəcəyimiz bir dühaya ucaldılmış dəyərli mənəvi abidə ürəyimi qürur hissi ilə doldurur”.
Amma Heydər Əliyevin hakim sovet areopaqında təkcə əsas fiqur deyil, həm də Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi, əslində, dünyanın ən böyük dövlətinin başçısı vəzifəsinə namizədlərdən biri olmasını çox az adam bilir. Səksəninci illərin ortalarında - “Kreml qocalarından” bir neçəsinin növbə ilə qəflətən vəfat etməsindən sonra Onun mümkün təyinatı haqqında söhbətlər dolaşırdı.
Onların fonunda Heydər Əliyev yetərincə cavan və enerjili idi. Xüsusən də O, ölkədə ən nüfuzlu funksionerlərdən, eyni zamanda, dövlətin hüdudlarından kənarda böyük hörmət qazanmış istedadlı idarəçilərdən biri kimi tanınırdı. O, əslində Asiya və Afrika ölkələrində, Şərq istiqamətində sovet siyasətini həyata keçirirdi.
Heydər Əliyev indi deyildiyi kimi, həyatını riskə qoyaraq, qeyri-sabit rejimlərin hakimiyyətdə olduğu regionlara gedirdi. Hərbi əməliyyatların yenicə başa çatdığı Vyetnamda, Prezident Hafiz Əsəd ilə Fələstin radikalları arasında münaqişənin ən qızğın çağında Suriyada, müharibə şəraitində olan, terrorçu qruplaşmaların didib-parçaladığı Anqolada olmuşdu. İstənilən diplomatik səviyyədə, istənilən opponent ilə dil tapmağı gözəl bacarırdı. Buna görə də Onun şəxsiyyətinin miqyası beynəlxalq səviyyədə də özünü göstərirdi.
Yeri gəlmişkən, ABŞ-a səfəri zamanı olmuş maraqlı bir epizod Heydər Əliyevin baş tutmayan Kreml karyerası barədə fərziyyəni təsdiq edir. Jurnalist Andrey Karaulov öz kitabında bu barədə yazır. Heydər Əliyev Klintonlar ailəsinin Kemp-Deviddəki iqamətgahında qonaq olanda ata Corc Buş Onu öz rançosuna dəvət etmək üçün kiçik motorlu qayıqda oraya gəlir. Özü də tək, mühafizəsiz. O vaxt Buş etiraf edərək demişdi: “Mister Əliyev, biz Sovetlərə Sizin başçılıq edəcəyinizdən necə də qorxurduq...”. Şübhəsiz ki, ABŞ Prezidentinə Baş katib postuna Heydər Əliyevin namizədliyinin Siyasi Büroda ciddi nəzərdən keçirildiyini məruzə etmişdilər.
Təsadüfi deyil ki, Kremlin növbəti rəhbərinin vəfatından sonra Mixail Qorbaçov Siyasi Büronun iclasından əvvəl Heydər Əliyevə yaxınlaşaraq demişdi: “Yoldaşlar hesab edir ki, dəfn komissiyasına Siz başçılıq etməlisiniz...”.
O şəraitdə dəfn komissiyasının başçısı ölkədə ali hakimiyyətə namizəd kimi qəbul olunurdu. Lakin Heydər Əliyev qəti imtina etdi. Kim bilir, bu, baş versə idi, bu gün biz hansı ölkədə yaşayardıq!
Tanınmış rusiyalı politoloqdan soruşurlar ki, Çernenkonu Qorbaçov deyil, Heydər Əliyev əvəz etsəydi, SSRİ-nin dağılmayacağı, Çin modeli üzrə inkişaf edəcəyi doğrudurmu? Ekspert belə cavab verib: “Mənə tarix barədə felin lazım formasında fikir yürütmək çətindir. Lakin O, iradəli və prinsipial insan idi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrdə Heydər Əliyev çox işlər gördü və həmişə vəziyyətin çox ağır olduğu yerlərdə oldu”.
Bu, nə qədər qəribə səslənsə də, Dövlət Təhlükəsizliyi Komitəsinin qüdrətli rəhbəri Yuri Andropov təkcə sağlığında deyil, ölümündən sonra da Heydər Əliyevin karyerasında taleyüklü rol oynamışdı. Ondan dərhal sonra Heydər Əliyev gözdən salındı və istefaya getməli oldu. Sonra bir neçə il ərzində ona yaşadığı yerdən kənara çıxmaq qadağan edildi və yalnız 1990-cı ildə kiçik Vətəninə dönməyə müvəffəq oldu.
Siyasi nəhəngin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi dövrü dramatik hadisələrlə eyni vaxta düşdü. Heydər Əliyev o vaxt yaranmış qeyri-adi vəziyyət barədə belə deyirdi: “Burada vətəndaş müharibəsi idi. İnsanlar bir-birinə güllə atırdı. Hərənin bir silahlı dəstəsi var idi. Qayda-qanun yaratmaq üçün iki il yarım lazım odlu...”.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri professor Stanislav Çernyavski müsahibəsində o dövrü belə xatırlayır: “Azərbaycanda işləyən diplomat kimi mənə Onun nitqlərini dinləmək həmişə maraqlı və xoş idi. O, ölkənin daxili siyasi həyatında qüvvələr balansını ustalıqla gözləməyi bacarırdı. Onun işləri, həyata keçirilməsinə özünə nəzarət etdiyi göstərişləri Azərbaycanın simasını günbəgün dəyişirdi”.
Vladimir Putin:
“Biz hamımız Azərbaycandakı iqtisadi artım templərinin təsiri altındayıq - 34-35 faiz, özü də artıq neçənci ildir. Bu, heyrətamizdir!”
Deyirlər ki, o dövrdə iqtisadiyyatda nizam-intizam yaradarkən Heydər Əliyev güclü təzyiqə davam gətirməli olub. Müxalif əhval-ruhiyyəli siyasətçilər, hətta Milli Məclisin deputatları neft-qaz və neft emalı sənayesinin dərhal özəlləşdirilməsini təkid edirdilər. Onlar deyirdilər ki, sahibkarlar neft sahəsini dövlətdən daha səmərəli idarə edəcək və xəzinəyə daha çox pul gətirəcəklər. Bəlkə də özlərini belə göstərirdilər, əslində isə özəlləşmə “qapa-qapına” hazırlaşırdılar.
Bu gün bir çoxları hətta düşünəndə belə təlaş keçirirlər ki, əgər Bakı nefti və qazı hansısa yerli oliqarxların əlinə keçsəydi nə ola bilərdi. Azərbaycan ömrünün axırınadək dilənçi ölkə olaraq qalacaqdı, “Forbs”ın siyahısında isə Xəzər neftindən varlanmış yeni milyarderlər ortaya çıxacaqdı.
Şükürlər ki, belə olmadı və “yeni azərbaycanlılar” futbol və voleybol klubları, yaxtalar və təyyarələr almağa, rus oliqarxlarının etdikləri kimi “alın təri” ilə qazandıqları milyardları özgə iqtisadiyyata yatırmadılar.
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyət illəri isə milli iqtisadiyyat üçün çox uğurlu oldu. Bu uğur neft və qaz sənayesi, nəqliyyat, aviasiya işçiləri və sadə insanlar tərəfindən böyük məmnunluqla qarşılandı. Azərbaycan üzrə mütəxəssis Stanislav Çernyavskinin fikrinə görə, İlham Əliyevin komandası “neft-qaz resurslarının uzunmüddətli perspektivdə məhdudluğunu başa düşərək, iqtisadiyyatın şaxələndirilməsinə daha çox diqqət göstərməyə başladı. Bunun üçün kiçik və orta biznesin dəstəklənməsi üzrə geniş tədbirlər görülür, Sahibkarlara Milli Yardım Fondunun xətti ilə fəal kreditləşdirmə, o cümlədən özəl sektorun inkişafına güclü təkan verən uzunmüddətli kreditləşmə həyata keçirilir”.
Yevgeni Primakov:
“Ona atasının xarakterinin bir çox xüsusiyyətləri irsən keçib. Gözəl təəssürat bağışlayır. İlham Heydər oğlu geniş düşüncəli ziyalıdır. Atası kimi”.
O vaxtdan artıq on ildən çox keçib, ölkəni sadəcə tanımaq olmur. Postsovet məkanında çətin ki, Bakıdan gözəl şəhər tapılar! Bu mübaliğə deyil. Kim Odlar Yurdunda olursa, burada baş verən fantastik dəyişikliklərə heyran qalır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin paytaxtı ilk Avropa Oyunlarının keçiriləcəyi məkan seçilib. Bu Oyunlar bu ilin iyununda Bakıda keçiriləcək. Dünya səviyyəli bu möhtəşəm tədbirin iştirakçıları Bakının müasirləşməsinə heyrətlənəcəklər. Xəzər boyu 10 kilometrlərlə ekzotik bitkilərlə dolu uzanan gözəl sahil zolağı, ən müasir texnologiyalar ilə tikilmiş gözəl komplekslər, sosial və kommersiya obyektləri, ticarət mərkəzləri... Ən əsası isə - insanlar, onların sakit və təbəssümlü simaları inam və ləyaqət ifadə edir.
Əyalətlərinin tənəzzülə uğradığı bir çox dövlətlərdən, o cümlədən Rusiyadan fərqli olaraq rəsmi Bakı sənayeyə və kənd təsərrüfatına sərmayə yatıraraq regionları da inkişaf etdirir. Bakılılar artıq çoxdandır ki, Köhnə Dünya ölkələrinə tərəvəz və meyvə ixrac edirlər. Dadlı və ətirli Azərbaycan tərəvəzlərinə Avropada xüsusi tələbat var.
Yəni, ərzaq təhlükəsizliyi məsələləri burada çoxdan və ciddi həll olunur. Eyni zamanda, insanların qazanc dalınca başqa ölkələrə və hətta Rusiyaya üz tutması bir qədər səngiyib. Əksinə, investisiya cəlbediciliyi kapitalın geriyə, yerli iqtisadiyyata axınına kömək edir.
Azərbaycan həmişə müxtəlif konfessiya və xalqların, xüsusilə rusların mehriban qonşuluq şəraitində yaşadıqları məkan olub. Ətrafda geosiyasi mühitin dəyişməsinə baxmayaraq, İlham Əliyevə bu ənənəni və Moskva ilə mehriban qonşuluq əlaqələrini saxlamaq müyəssər olub. Demək olar ki, ölkə Rusiyanın regionda ən etibarlı strateji tərəfdaşına çevrilib. Azərbaycanın rus icması Cənubi Qafqazda ən çoxsaylıdır. Respublikanın 350 məktəbində tədris rus dilində aparılır, hər bir ali məktəbdə rusdilli fakültələr var.
Əlbəttə, burada bütün problemlərin öz həllini tapmasını söyləmək hələ tezdir, lakin bir məqam şübhə doğurmur - Azərbaycan uğura aparan yol seçib və qlobal beynəlxalq proseslərdə fəal rol oynamaqla Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bakının enerji təhlükəsizliyi məsələsində mövqeyi ilə Rusiyada və Qərbdə hesablaşırlar. Prezident İlham Əliyev ölkənin modernləşməsinin əsas hədəflərini müəyyən edib - nüfuzlu dövlət, müasir cəmiyyət və müasir insan. O, bu məsələləri uğurla həll edir.

 
  • Oxunub:  18090  |  
  • Tarix:  13-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA