Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Avropa İnsan Hüquqları Məhkəməsindən sonra Almaniya da Ermənistanı rəsmi surətdə işğalçı elan edib

Avropa İnsan Hüquqları Məhkəməsindən sonra Almaniya da Ermənistanı rəsmi surətdə işğalçı elan edib

11.07.2015 [10:45]

Almaniya Federativ Respublikası (AFR) federal hökumətinin bu yaxınlarda açıqlanan və Almaniya Bundestaqına təqdim edilən hesabatında deyilir: “Beynəlxalq hüquqa müvafiq surətdə Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə Ermənistan məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs rejimi elan ediləndən Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı məcburi köçkün bu günə qədər həmin rayonlara qayıda bilmir” (hesabatın 204-cü səhifəsi: http://vugar-seidov.azeris.com/wp-content/uploads/2015/07/MRB_11-2015.pdf).
Beləliklə, əvvələn, Dağlıq Qarabağ AFR hökuməti tərəfindən rəsmi surətdə ərazisinin bir hissəsi kimi tanınıb və bu etiraf beynəlxalq hüquqa istinadla təsbit olunub. İkincisi, Dağlıq Qarabağın özünün və ətraf yeddi rayonun statusunda heç bir fərq qoyulmayıb və onların hamısı işğal edilmiş ərazilər sayılıb. Üçüncüsü, hansısa mifik “yerli ermənilər” deyil, məhz Ermənistan işğalçı tərəf adlandırılıb.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu yaxınlarda “Çiraqov və başqaları Ermənistan əleyhinə” işi üzrə qərarı da Ermənistanı başqa dövlətin ərazisinə effektiv nəzarət edən tərəf kimi müəyyən edib. Cavabdehin Qarabağdakı oyuncaq rejimin deyil, beynəlxalq hüququn subyekti kimi Ermənistanın olduğu iddianın məhkəmə tərəfindən təmin edilməsi Ermənistanın beynəlxalq birlik tərəfindən işğalçı dövlət kimi tanınması məsələsində son nöqtəni qoyub.

 
Paylaş:
Baxılıb: 1199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30