Ana səhifə »  Xarici siyasət »  “The Times of Israel” qəzeti: Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir
A+   Yenilə  A-
“The Times of Israel” qəzeti: Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir

Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində İsrail-Azərbaycan tərəfdaşlığının müasir mərhələsi və perspektivləri, Azərbaycan cəmiyyətində multikulturalizm və tolerantlıq, 1918-ci ilin qanlı mart hadisələri, 1992-ci ilin fevralında erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktı barədə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qutdur. Məqalə müəllifinin fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan dövlətinin İsrail ilə uzunmüddətli və strateji münasibətlər yarada bilməsi faktı ilə maraqlananlar respublikanın dağlıq bölgəsində yerləşən Quba rayonundakı məşhur Qırmızı Qəsəbə ilə tanış olsalar kifayətdir. İsrailli ekspert yazır: “Qırmızı Qəsəbədəki yəhudi icması orada əsrlər boyu müsəlman əhali ilə qaynayıb-qarışıb. Bu il iyulun 21-də mən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondu tərəfindən təşkil edilmiş beynəlxalq yay məktəbində iştirak etmək şərəfinə nail oldum. Yay məktəbinin fəaliyyəti dövründə mən “Azərbaycanlılara qarşı soyqırımı cinayətləri və Qarabağ müharibəsi” mövzusunda “dəyirmi masa”nın moderatoru kimi Bolqarıstan, Gürcüstan, Sloveniya, Rusiya, İtaliya, Ukrayna və digər Avropa ölkələrindən olan tələbələr qarşısında mühazirə ilə çıxış etdim. Mən “dəyirmi masa” iştirakçılarına 1918-ci ilin qanlı mart hadisələri barədə, Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğın, Azərbaycanla Ermənistan arasında münaqişənin həqiqi səbəbləri, 1992-ci il fevral ayında ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş qanlı qırğın barədə sənədlərə əsaslanmaqla ətraflı məlumat təqdim etdim”.
Məqalə müəllifi qeyd edir ki, həmin günlərdə ermənilər tərəfindən törədilmiş cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi iz qoyub. Arye Qut Amerikada çıxan nüfuzlu ingilisdilli “The Times of Israel” qəzetində yazır: “Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər azərbaycanlıların evlərinə od vurur, insanları diri-diri yandırır, milli memarlıq incilərini, məktəbləri, məscidləri və tarixi abidələri dağıdırdılar. Onlar Bakının çox hissəsini xarabazarlığa çevirdilər. Erməni silahlı dəstələri qısa müddətdə 50.000-dən çox müsəlman əhalini - azərbaycanlıları, ləzgiləri, habelə yəhudiləri və digər xalqların nümayəndələrini məhv ediblər. Bu hadisəni soyqırımı aktı, kütləvi qanlı qırğın adlandırmaq olar, çünki kütləvi qətllər etnik mənsubiyyət əlamətinə görə törədilmişdi, özü də bunu edənlər hansısa naməlum banditlər deyil, o vaxt Stepan Şaumyan başda olmaqla Bakıda və Azərbaycanın çox hissəsində hakimiyyətdə olan kommunistlər idi”.
İsrailli ekspert məqaləsində vurğulayır ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal məkan, sözün həqiqi mənasında Azərbaycanın fəxridir. Məqalə müəllifi vurğulayır: “Azərbaycanın bu regionunda yəhudilər və azərbaycanlılar əsrlər boyu mehriban şəraitdə yaşayıblar və bu gün də belədir. Azərbaycanlılarla yəhudiləri birləşdirən onların müştərək tarixi, ortaq ölkəsi, dövlətçiliyi, dostluq, həyat təcrübəsi və həyat tərzi, adət və ənənələr, bir də 1918-1919-cu illərin qanlı faciələridir. Bu hadisələr nəticəsində şovinist və daşnak ermənilər Qubada minlərlə azərbaycanlını və yəhudini qətlə yetiriblər. 1988-ci ildə ermənilər Azərbaycana münasibətdə kin-küdurətlərini açıq-aşkar nümayiş etdirməyə başladılar. Qarabağda iki azərbaycanlının öldürülməsi və Topxana meşəsindəki ağacların qırılması artıq genişlənərək silahlı qarşıdurma həddinə çatmış münaqişəni daha da qızışdırdı, sanki odun üstünə yağ tökülmüş oldu. Bütün bunlar problemin çox ciddi olmasına dəlalət edirdi. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı dəhşətli kütləvi qırğın və soyqırımı aktı hərbləşdirilmiş erməni dəstələrinin törətdiyi vəhşiliklərin miqyası barədə real təsəvvür yaradır. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara kimi əbədi qalacaq. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr şəhəri və onun həndəvərini tərk etməyə macal tapmamış Xocalı sakinlərinin heç birinə rəhm etməyiblər. Xocalı şəhərinin mülki əhalisinin qəsdən və kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Koçaryan və başqaları bu soyqırımın təqsirkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Çünki tarix sübut edir ki, cəzasızlıq yeni cinayətlər doğurur”.
Arye Qutun fikrincə, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş etnik təmizləmələrə və təcavüzə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi və parlaq modelidir. Arye Qut yazır: “Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməlini təşkil edən əsaslardan biri olaraq qalır. Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi və möhkəmlənməsi məqsədilə siyasi və sosial şərait yaradılması üzrə zəruri tədbirlər görülüb. Azərbaycan sübut edib ki, zorakılığa və ayrı-seçkiliyə yol verilmədən harmoniyaya nail olmaq, qarşıya çıxan məsələləri həll etmək mümkündür. Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri əsrlər boyu dinc-yanaşı yaşayıblar. Bu diyar bu gün də tolerantlığa və dini dözümlülüyə meylini davam etdirir”.
İsrailli ekspertin fikrincə, ölkənin yəhudi icmasına qardaşcasına səmimi münasibət Azərbaycanda tolerantlığın parlaq nümunəsidir. Məqalə müəllifi qürurla vurğulayır: “Bu gün məşhur Qırmızı Qəsəbədə təxminən 5000 yəhudi yaşayır. Qəsəbədə 3 məktəb və 3 sinaqoq fəaliyyət göstərir. Bu faktlarla fəxr etməyə dəyər. İvrit dilinin öyrədilməsi, yəhudi maddi mədəniyyətinə aid artefaktlar və əşyalar, Azərbaycan xalçalarının zəngin naxışları, müxtəlif mədəniyyətlərin və müxtəlif xalqların qaynayıb-qarışması - bütün bunlar Azərbaycanın nail olduğu real mədəni tolerantlığa böyük və sanballı töhfədir. Rəvayətə görə, yəhudilər Qubaya ilk dəfə XIII əsrdə gəliblər, lakin bu iki xalq və onların mədəniyyətləri arasında münasibətlərin əsası 1742-ci ildə qoyulub. Həmin ildə Hüseynəli xan və onun oğlu Fətəli yəhudilərin burada öz kəndlərini salmasına icazə və xeyr-dua veriblər. Fətəli xan yəhudiləri onlara qarşı baş verə biləcək hücumlardan qorumağı təklif edib. Bu qardaşcasına etimada əsaslanan münasibətlər əsrlərin sınağından uğurla çıxıb və bu gün Azərbaycan ilə İsrail arasında real, əsl diplomatik ittifaqda öz təcəssümünü tapıb. Sovet İttifaqı dağılandan sonra Azərbaycanı dünyada müstəqil dövlət kimi tanıyan ilk dövlətlərdən biri İsrail olub”.
Arye Qut qeyd edir ki, İsrail dövləti Azərbaycan rəhbərliyinin və şəxsən Azərbaycan Prezidentinin yəhudi icmasına dünyada analoqu olmayan səmimi münasibətini yüksək qiymətləndirir. İsrailli ekspert Arye Qut məqalənin sonunda yazır: “Biz müasir, dünyəvi, tolerant və güclü Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini İsraildə müşahidə edir və qiymətləndiririk. Bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı diplomatik və iqtisadi münasibətlər sürətlə genişlənib. Hələ 1997-ci ildə İsrailin ovaxtkı baş naziri Binyamin Netanyahu özünün ilk rəsmi dövlət səfərini Bakıya edib. Bu səfər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsi əlaməti idi. İki ölkə arasında ticari və iqtisadi əlaqələr genişlənir, İsrail dünya bazarında Azərbaycan neftinin ən böyük idxalatçısıdır. İsraildə istehsal edilən yüksək texnoloji sənaye məhsulları Azərbaycanın telekommunikasiya infrastrukturu layihələrində tətbiq edilir. Lakin İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək mümkün deyil. Müasir mərhələdə Azərbaycan-İsrail münasibətləri ümumi dəyərlərə və müştərək tarixə əsaslanır. Qarşılıqlı insani əlaqələr və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hər iki ölkəni zənginləşdirir”.

 
 
  • Oxunub:  13500  |  
  • Tarix:  19-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

17:54
26 Sentyabr
Hikmət Hacıyev: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
17:53
26 Sentyabr
Azərbaycan ilə Monteneqro Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
17:51
26 Sentyabr
SSRİ Xalq artisti Bülbülün xatirəsi anılıb
17:50
26 Sentyabr
Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ali təhsil ocaqları arasında əməkdaşlıq daha da genişlənəcək
17:49
26 Sentyabr
Avropa İttifaqı Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək verəcək
17:46
26 Sentyabr
Səfir İnqrid Tersman: Gəncənin tarixi və milli dəyərləri çox əhəmiyyətlidir
17:43
26 Sentyabr
İtaliya Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
17:40
26 Sentyabr
Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək
17:38
26 Sentyabr
Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib
17:34
26 Sentyabr
Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı hesabat dinlənilib
17:33
26 Sentyabr
Aqiyə Naxçıvanlı: “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi sosial sifarişin nəticəsidir
17:26
26 Sentyabr
Gövhər Baxşəliyeva: Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır
17:23
26 Sentyabr
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının yarışlarına baxır
17:22
26 Sentyabr
Yaddaşlarda yaşayanlar: Murtuz Ələsgərov Ulu Öndərin yaxın silahdaşlarından biri, görkəmli dövlət xadimi idi
17:21
26 Sentyabr
Milli Məclisin nümayəndə heyəti GUAM PA-nın sessiyasında iştirak edəcək
16:50
26 Sentyabr
Mihal Svantner: Azərbaycanın əqli mülkiyyət sahəsindəki milli qanunvericiliyi beynəlxalq standartlara uyğundur
16:47
26 Sentyabr
Cüdo üzrə dünya çempionatının bayrağı Yaponiya nümayəndəsinə təqdim olunub
16:44
26 Sentyabr
AzTU-da “Turkish Aerospace” şirkətinin nümayəndəsi ilə görüs olub
16:42
26 Sentyabr
Vatikanda Müqəddəs Sebastian katakombalarının açılışı olub
16:40
26 Sentyabr
Bakıda 9-cu “Baku Open” beynəlxalq karate turniri keçiriləcək
16:16
26 Sentyabr
DİA-da “Əlimərdan bəy Topçubaşov. Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabının təqdimat mərasimi keçirilib
16:12
26 Sentyabr
Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
16:10
26 Sentyabr
Şahmat Olimpiadasının üçüncü turunda mübarizə aparacaq şahmatçılarımızın adları açıqlanıb
16:00
26 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb
15:43
26 Sentyabr
Oktyabrda Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək
15:38
26 Sentyabr
Azərbaycan İlahiyyat İnstitutu Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
15:25
26 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk ilə görüşüb
15:15
26 Sentyabr
Statistika Komitəsində Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinə dair tematik seminar keçirilir
15:09
26 Sentyabr
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri İmişlidə vətəndaşları qəbul edib
15:07
26 Sentyabr
Hesablama Palatasının nümayəndə heyəti Ali Audit Qurumlarının Asiya Təşkilatının Assambleyasında iştirak edib
14:44
26 Sentyabr
Hikmət Hacıyev: Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb
14:35
26 Sentyabr
Eldar İbrahimov: "Azərbaycan dünyaya kosmik sənayesində də güclü olduğunu göstərir"
14:16
26 Sentyabr
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
14:10
26 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
14:07
26 Sentyabr
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
13:55
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir
13:53
26 Sentyabr
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa"
13:44
26 Sentyabr
Əhliman Əmiraslanov: Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur
13:41
26 Sentyabr
Pauerliftinq üzrə ölkə kuboku yarışında polis idmançılar yüksək nəticələr qazanıblar
13:37
26 Sentyabr
Daşkənddə keçirilən forumda “Huawei” şirkətinin Azərbaycandakı fəaliyyətindən də danışılıb
12:51
26 Sentyabr
Prezident İlham Əliyev: Kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir
12:35
26 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb
12:27
26 Sentyabr
Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr qurulub
12:24
26 Sentyabr
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21