Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İtaliyanın “Notizie Geopolitiche” xəbər portalı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından bəhs edir

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalı Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından bəhs edir

05.09.2015 [11:10]

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı növbəti məqalə yer alıb.
Yazıda son zamanlar tərəflər arasında atəşkəsin tez-tez pozulması halları təhlil olunur. Diqqətə çatdırılır ki, uzun illər davam edən münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal olunub və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilib. O, ermənilər tərəfindən azərbaycanlıların haqlarının tez-tez pozulması və bu xüsusda 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri xatırladıb.
Müəllif yazır ki, münaqişənin həlli istiqamətində iyirmi ildən artıq davam edən danışıqlar prosesi hələ də bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin buna baxmayaraq, Ermənistan hələ də hərbi qüvvələrini həmin ərazilərdən çıxarmayıb.

Paylaş:
Baxılıb: 1274 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30