Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Media Forumu təsis edilib

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Media Forumu təsis edilib

19.09.2015 [10:32]

Sentyabrın 17-18-də Koreya Respublikasının paytaxtı Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Media Forumunun təsis yığıncağı və ilk iclası keçirilib.
ICAPP-ın Daimi Komitəsində təmsil olunan dövlətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkəmizi Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və AZƏRTAC-ın əməkdaşı Şahin Cəfərov təmsil ediblər.
İclasda ICAPP sistemində Media Forumunun yaradılmasına dair 2011-ci ildə irəli sürülən təklif əsasında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının beynəlxalq mətbuat ilə əlaqələrinin inkişafını, kütləvi informasiya vasitələrinin ICAPP-ın fəaliyyətinə diqqətinin daha çox artırılmasını təşviq etmək məqsədilə Media Forumun təsis edilməsi qərara alınıb. Bundan başqa, təşkilati məsələlərə baxılıb, Forumun həmsədrləri və sədr müavinləri seçilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov Forumun sədr müavini seçilib.
Təsis yığıncağında ICAPP Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Euy-yonq, Koreyanın hakim Saenuri Partiyasının baş katibi Hvanq Cin-ha, Koreya xarici işlər nazirinin müavini Ço Tae-yul çıxış edərək Forumun fəaliyyətinin müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Qərara alınıb ki, Forumun iclasları iki ildən bir keçirilsin. Yığıncaqda digər təşkilati və texniki məsələlərə dair qərarlar, habelə Seul Bəyannaməsi qəbul olunub.
Forum iştirakçıları Koreya parlamentində olub, Koreya Milli Assambleyasındakı ICAPP Parlamentarilər Birliyinin üzvləri, habelə Seul şəhərinin meri ilə görüşüblər.

Paylaş:
Baxılıb: 1330 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31