Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / YAP nümayəndə heyəti Pekində ICAPP-ın xüsusi konfransında iştirak edir

YAP nümayəndə heyəti Pekində ICAPP-ın xüsusi konfransında iştirak edir

16.10.2015 [10:42]

Çin Xalq Respublikasının paytaxtı Pekində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “İpək Yoluna yeni baxış, ümumi inkişaf naminə addımlar” mövzusunda xüsusi konfransı keçirilib. ICAPP-a üzv olan 31 ölkənin 64 siyasi partiyasından nümayəndə heyətlərinin iştirak etdikləri konfransın məqsədi tarixi İpək Yolu üzərində yerləşən ölkələr və xalqlar arasında qarşılıqlı-faydalı siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, sivilizasiyalararası dialoqun təşviq edilməsidir.
Konfransın “Siyasi liderlik: siyasi partiyalar üçün konsensus”, “Sivilizasiyalar arasında yeni dialoq”, “İqtisadi inteqrasiya: inkişaf üçün yeni təkan” adlı bölmə iclaslarında əsasını quru və dəniz İpək yolları üzərində yerləşən ölkələr arasında sülh, əməkdaşlıq, qarşılıqlı faydalılıq prinsiplərinin təşkil etdiyi İpək Yolu ruhu qabardılaraq, iqtisadi inteqrasiyanı, mədəni mübadiləni möhkəmləndirmək, bununla da regionun və dünyanın ümumi inkişafına təkan vermək məsələləri diqqət mərkəzində olub. Konfransda iştirak edən nümayəndələr qeyd olunan məqsədlərə çatmaq yolunda siyasi partiyaların da gücündən necə istifadə edilməsi məsələlərinə diqqət yetiriblər.
Azərbaycanı tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təmsil ediblər.
Nümayəndə heyətimizin üzvləri iştirak etdikləri iclaslarda müzakirə olunan mövzularla bağlı Azərbaycanın mövqeyini bildirib, ölkəmizin tarixi İpək Yolunun bərpası istiqamətində gördüyü işlərdən söz açıblar. Qeyd olunub ki, Azərbaycan Avropa və Asiya arasındakı əlverişli coğrafi mövqeyi sayəsində beynəlxalq ticarət daşımalarında önəmli mövqeyə malikdir.
Nümayəndə heyətimiz dünyada, habelə regionda sülhə, təhlükəsizliyə, inkişafa və birgə əməkdaşlığa mane olan problemləri də qeyd edib, mövcud münaqişələrin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun həllinin vacibliyini diqqətə çatdırıb.
Bundan başqa, konfrans iştirakçılarına Azərbaycanın uğurlu iqtisadi inkişafı barədə məlumat verilib, ölkəmizin liderliyi ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin beynəlxalq əməkdaşlığa töhfə olduğu bildirilib.

Paylaş:
Baxılıb: 1494 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30