Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycan ilə Rusiya arasında siyasi-iqtisadi, humanitar sahələrdə əlaqələr sürətlə inkişaf edir

Azərbaycan ilə Rusiya arasında siyasi-iqtisadi, humanitar sahələrdə əlaqələr sürətlə inkişaf edir

08.03.2017 [12:05]

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib.
Sonra nazir Rusiya hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.
Görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb və ötən dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi məmnuniyyətlə qeyd edilib.
Ölkələrimiz arasında siyasi-iqtisadi və humanitar sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası Komissiyanın Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tərəflər bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 1742 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30