Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Gələcəyin Liderləri” “Foundraising” layihəsi üzrə təlim keçiblər

“Gələcəyin Liderləri” “Foundraising” layihəsi üzrə təlim keçiblər

24.07.2013 [09:43]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Gələcəyin Liderləri” “Yay məktəbi”nin IV Oğuz turunun üçüncü günündə “Foundraising” - layihələrin yazılması, donor təşkilatlarla işləmə qaydası, büdcənin təhlili” mövzusunda təlim keçirilib. İlk olaraq “Gələcəyin Liderləri” Ağdam rayonunun işğalının 20-ci ildönümü ilə bağlı şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Ağdamın ermənilər tərəfindən işğalı haqqında məlumat verən YAP GB-nin Mərkəzi Ofisinin nümayəndəsi bildirib ki, “Ağdam 1993-cü il iyul ayının 23-də terrorçu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni hərbi birləşmələri əvvəlcə Ağdam istiqamətindəki Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndərini işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Erməni terrorçuları uşaq və böyük, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən ağır dərəcəli cinayət törədiblər. Erməni təcavüzündən xilas olan azərbaycanlılar bu gün ölkəmizin 48 bölgəsində yerləşdirilmiş çadır şəhərciklərində məskunlaşıblar”.
Daha sonra YAP GB-nin nümayəndələrinin hazırladığı “Mən Qarabağam” sənədli filmi nümayiş olunub.
Bədii hissədən sonra “Foundraising - layihələrin yazılması” barədə gənclərə məlumat verilib.
Təlimin davamında gənc siyasətçilər layihələrin hazırlanması ilə bağlı qruplara bölünüb.
Məlumat üçün bildirək ki, günün ikinci yarısında qrupların layihələrinin təqdimatı keçirilib, gənc siyasətçilər arasında müxtəlif intellektual oyunlar təşkil edilib.

Paylaş:
Baxılıb: 1071 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31