Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bugünkü Azərbaycanın nailiyyətləri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir

Bugünkü Azərbaycanın nailiyyətləri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticələridir

22.09.2013 [10:57]

YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Dəllər-Cırdaxan və Qaranüy kəndlərində növbəti görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Bu kampaniya çərçivəsində dünən Şəmkir rayonunun Dəllər-Cırdaxan və Qaranüy kəndlərində növbəti görüşlər keçirilib. Prezident seçkilərinin əhəmiyyətindən danışan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib ki, ölkə vətəndaşlarının bütün diqqəti həmin tarixi hadisəyə yönəlib. Seçkilər öncəsi kifayət qədər vətəndaş fəallığı hiss olunmaqdadır: “Prezident seçkiləri ilə bağlı ölkənin ictimai həyatında canlanma müşahidə olunur. Bunu da mən müsbət qiymətləndirirəm. Çünki hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanda da insanlar öz taleyinə, dövlətinin taleyinə biganə yanaşmırlar və bu mənada prezident seçkilərinin əhəmiyyətini dərindən dərk edirlər”.
YAP Şəmkir rayon təşkilatının sədri deyib ki, hər bir azərbaycanlının seçimi şübhəsiz ki, əmin-amanlığın hökm sürdüyü, dinamik inkişaf edən, dünya dövlətləri ilə rəqabət aparmaq gücündə olan bir dövləti və bu uğurları təmin edən siyasi kursu dəstəkləməkdir: “Əminəm ki, 9 oktyabr seçkiləri də bu mənada istisna deyil. Əhalinin əhval-ruhiyyəsi də yüksəkdir. Düşünürəm ki, hansısa bir narahatçılıq yoxdur. Baxmayaraq ki, müəyyən qüvvələr ajiotaj yaratmaq, bəzi təxribatlar törətmək istəyirlər, amma inanmıram ki, bunlar elə bir ciddi nəticə versin. Çünki Azərbaycan güclü dövlətdir və vətəndaşlarımız da kifayət qədər kamildir, düzgün nəticə çıxarır, dövlətin təhlükəsizliyinin qayğısına qalır”.
Daha sonra çıxış edən cənab İlham Əliyevin Şəmkir rayonu üzrə seçki qərargahının üzvləri Vilayət Cabbarov, Cavanşir Yusifov, Qafar Vəliyev, İmamverdi Allahverdiyev deyiblər ki, Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, artıq seçki sahəsində kifayət qədər təcrübəyə malikdir. Azərbaycan dövləti bu seçkilərin tam qanunauyğun şəkildə və beynəlxalq standartlara uyğun olaraq keçirilməsində hamıdan çox maraqlıdır. Demokratik, azad bir ölkənin vətəndaşı kimi hər kəs seçki məntəqələrinə gələrək öz namizədlərinə səs verməklə, həm də dövlətimizin gələcək inkişaf meyillərinin Azərbaycanın hansı yolla irəliləməsinin müəyyənləşdirilməsində birbaşa iştirak edəcək. Qeyd olunub ki, bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Mən hesab edirəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti də məhz bu fikirdədir və bu qənaəti bölüşürlər: “Ona görə deyirik ki, bugünkü Azərbaycanın nailiyyətləri əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır”.
Tədbirdə çıxış edən seçicilər bir daha qeyd ediblər ki, qarşıdan gələn prezident seçkilərində birmənalı şəkildə YAP-ın namizədi İlham Əliyevə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1059 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30