Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib

YAP Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib

09.02.2016 [09:43]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Şurasının yığıncağı keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov 2015-ci ilin yekunları barədə məlumat verib. Bildirib ki, YAP Qaradağ rayon təşkilatının ötənilki fəaliyyətini uğurlu hesab etmək olar: “Rayon təşkilatının üzvləri ötən il keçirilən parlament seçkilərində yüksək fəallıq göstərərək YAP namizədlərinin təbliğatını uğurla həyata keçiriblər. Bununla yanaşı, ölkəmiz üçün əlamətdar olan günlər, bayram tədbirləri və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi də xüsusi olaraq diqqət mərkəzində olub”.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov isə bildirib ki, gündəlikdə duran əsas məsələlər YAP Qaradağ rayon təşkilatı Şurasının 2016-cı il üçün fəaliyyət proqramı, YAP üzvlüyünə qəbulla əlaqədar ilk partiya təşkilatlarının qərarlarının təsdiqi, rayon təşkilatının yaranmasının 23-cü ildönümü ilə bağlı nəzərdə tutulan tədbirlər və “Xocalıya ədalət!” kampaniyası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlıdır. İclasda gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bəzi təkliflər irəli sürülüb.
Tədbirdə çıxış edən Ə.Əmirov adına NQÇİ-nin rəisi Ramin Quliyev, Heydər Əliyev adına BDÖZ ilk partiya təşkilatının sədri Allahyar Tağıyev, 180 saylı məktəb ilk partiya təşkilatının sədri Malik Qasımov, Qaradağ rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov hesabat dövründə görülən işlərdən danışıblar.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30