Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsən rayonunun ən ucqar dağ kəndində “son zəng” səsləndi

Daşkəsən rayonunun ən ucqar dağ kəndində “son zəng” səsləndi

16.06.2016 [09:16]

Daşkəsən rayonunda orta təhsil məktəblərində “son zəng” tədbirləri yüksək fəallıq və ruh yüksəkliyi şəraitində keçirilib. Bu, səbəbsiz deyil. “Son zəng” keçiriləcək ümumtəhsil məktəblərinin əksəriyyətində bu işə ciddi hazırlıq görülüb, “son zəng”in rəngarəng təşkil edilməsi üçün lazımi təşkilati işlər aparılıb. Məhz deyilənlərin nəticəsidir ki, ucqar dağ kəndi olan Astaf kənd tam orta məktəbində də “son zəng” əvvəlki illərdəkindən daha şən, yüksək fəallıq şəraitində keçib. Ucqar dağ kəndinin təhsil ocağında keçirilən bu tədbirə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri də qatılıblar. Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin də iştirak etdiyi “son zəng” tədbirində əvvəlcə məktəbin direktoru Vüsal Ocaqverdiyev çıxış edib, məzunları, valideynləri bu əlamətdar gün münasibəti ilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar, böyük müvəffəqiyyətlər arzulayıb.
Kənd ağsaqqalları, valideynlər öz çıxışlarında Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasətini bəyəndiklərini, daim Onun ətrafında sıx birləşdiklərini qeyd edib, ölkəmizdə, eləcə də Daşkəsən rayonunda aparılan geniş quruculuq-abadlıq, yenidənqurma və tikinti işlərindən razı qaldıqlarını ifadə ediblər.
Məzunlar da öz çıxışlarında hər zaman vətənə layiq övlad olacaqlarını qeyd ediblər.
Tədbirin sonunda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bu gün münasibətilə valideyinləri, məzunları təbrik edib.
Daha sonra tədbir iştirakçıları, doğmalar, valideyinlər, ağsaqqallar məzunları təbrik ediblər. Tədbir musiqi nömrələri ilə davam etdirilib.

Paylaş:
Baxılıb: 767 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30