Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda “20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib

Samuxda “20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib

20.01.2017 [09:48]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı “20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda “dəyirmi masa” keçirib. Öncə 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”nı açıq elan edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 20 Yanvar faciəsinin Azərbaycanda istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu bildirib. Natiq vurğulayıb ki, faciəyə ilk siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib.
Daha sonra çıxış edənlər - Əhmədbəyli kənd ərazi ilk partiya təşkilatının sədri Ceyhun Mürsəlzadə, Sərkar kənd tam orta məktəbin müəllimi Əfsanə Bağırova, rayon təşkilatının Gənclər Birliyinin üzvləri və digərləri diqqətə çatdırıblar ki, 20 Yanvar hadisəsi təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi səciyyələndirilir. Hər il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi ölkə miqyasında, eləcə də xarici ölkələrdə anılır.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30