Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Binəqədi rayonu bələdiyyə seçkilərində yüksək nəticə göstərmək niyyətindədir

Binəqədi rayonu bələdiyyə seçkilərində yüksək nəticə göstərmək niyyətindədir

24.06.2009 [12:30]

YAP Binəqədi rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi  rayon təşkilatının qərargahında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Nəbi Xəlilov bildirib ki, YAP 2008-ci il 15 oktyabr prezident seçkilərində, 2009-cu il 18 mart referendumunda böyük uğurlar əldə edib. Yerlərdə seçkilərin keçirilməsinə hazırlıq işləri mükəmməl təşkil olunduğundan yüksək nəticələr qazanılıb.
O qeyd edib ki, seçkilər ərəfəsində görülən işlər nəticəsində istər prezident seçkilərinin, istərsə də referendumun demokratik şəkildə keçirilməsinə hər cür imkan yaradılıb: “Səsvermə zamanı Binəqədi rayonunun əhalisinin 87,9 faizlik göstərici ilə yüksək fəallıq nümayiş etdirib. Bu da uğurlu nəticədir”.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının Siyasi Şurasının üzvü Ramiz Göyüşov prezident seçkilərində və referendum ərəfəsində görülən işlərlə bağlı məlumat verib: “Bələdiyyə seçkiləri də mühüm siyasi kampaniya olduğundan, yüksək səviyyədə hazırlıq işləri aparılmalıdır. Görülən işlər daim təkmilləşdirilir və bu mənada seçkilərin demokratik keçirilməsi üçün üzərimizə böyük məsuliyyət düşür”.
Natiq YAP üzvlərinin bələdiyyə seçkilərində də böyük fəallıq nümayiş etdirəcəyinə, partiyanın bu kampaniyada böyük uğur əldə edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Binəqədi rayonu 2008-ci il 15 oktyabr prezident seçkilərində yüksək göstərici əldə edərək, 11 rayon üzrə ikinci yeri tutub: “Rayonun belə yüksək uğur əldə etməsi rayon ictimaiyyətinin ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə etimad və inamının bariz göstəricisidir”.
O, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlıqla bağlı gördüyü işləri də yüksək qiymətləndirərək, görülən işlərin hədər getmədiyini  bildirib: “Bələdiyyə seçkilərində YAP üzvləri xüsusi fəallıq göstərməlidirlər. Seçkilərə mükəmməl hazırlaşmalı, partiyanın ən layiqli namizədlərinin bu seçkilərdə qələbəsinin təmin edilməsi istiqamətində ciddi səylər göstərilməlidir”.
Tədbirin sonunda YAP sıralarına yeni qoşulan rayon sakinlərinə üzvlük vəsiqələri təqdim olunub.
RAMİL VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1258 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30