Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib

YAP Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib

18.05.2017 [09:50]

Mayın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar. Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin iclas zalında keçirilən konfransda rayon təşkilatının sədri Akif Əsgərov hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. A.Əsgərov hesabat dövründə rayon təşkilatının sıralarının 751 nəfər artaraq 4055 nəfər təşkil etdiyini bildirib. Ölkədə həyata keçirilən uğurlu siyasətdən geniş bəhs edən məruzəçi bu nailiyyətlərdə YAP-ın da payı olduğunu nəzərə çatdırıb.
Sonra rayon təşkilatının Nəzarət-təftiş qurupunun sədri Ramil Salmanov hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsi ətrafında çıxış edən təşkilatın Şura üzvləri Elmira Şükürova, Mehparə Kazımova və Musa Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi töhfələrdən geniş bəhs edərək YAP Kəlbəcər rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quluyev, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov partiyamızın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Kəlbəcər rayon təşkilatının 25 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib. Akif Əsgərov yenidən YAP Kəlbəcər rayon təşkilatının sədri seçilib.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30