Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Şəmkirdə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

04.04.2018 [10:13]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun Qapanlı, Aşağı Seyfəli, Talış və Çaparlı kəndlərində çoxsaylı seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Şəmkir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Fəxrəddin Vəliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, infrastruktur layihələrinin əhəmiyyətindən danışıb: “Son 15 ildə görülən işlər, imzalanan Fərman və sərəncamlar, müxtəlif sahələri əhatə edən proqramlar cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli işin dayandığını təsdiqləyir”.
Milli Məclisin deputatı Kamran Bayramov, rayon təbliğat-təşviqat qrupunun üzvləri Pərvin Gözəlov, Nizami Əhmədov, Vilayət Cabbarov, Vaqif Məmmədov, Əyyub Dünyamalıyev, Qafar Vəliyev çıxış edərək bildiriblər ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib.
Çıxış edən seçicilər vurğulayıblar ki, görülən işlərin bundan sonra da davam etdirilməsi üçün bizlər hamılıqla 11 aprel 2018-ci il tarixində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəyik.

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31