Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağcabədi rayonunun Kəhrizli, Şərəfxanlı, Şotlanlı və Şahmallar kəndlərində seçicilərlə görüşlər keçirilib

Ağcabədi rayonunun Kəhrizli, Şərəfxanlı, Şotlanlı və Şahmallar kəndlərində seçicilərlə görüşlər keçirilib

06.04.2018 [10:32]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağcabədi rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Kəhrizli, Şərəfxanlı, Şotlanlı və Şahmallar kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və qazanılan uğurlar barədə danışıb.
Görüşlərdə çıxış edən millət vəkili Tahir Rzayev, YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğatçıları Əlizadə Nəcəfov, Rövşən Bayramov, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf siyasəti barədə öz fikirlərini bildiriblər. Natiqlər ölkəmizin daha böyük uğurlara imza atması üçün seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşlərdə həmçinin Kəhrizli kənd sakinləri Soltan Rzayev, Vaqif Əliyev, Şərəfxanlı kənd sakinləri Yusif Həsənov, Allahyar Qasımov, Şahmallar kənd sakinləri Rəsul Süleymanov, Şotlanlı kəndinin sakini Gürşad Qurbanov çıxış edərək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının hətta ən ucqar kəndlərdə belə öz töhfəsini verdiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, ağcabədili seçicilər, ölkəmizin davamlı inkişafı üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30