Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şuşa rayon təşkilatı rayonun Bərdədə məskunlaşmış seçiciləri ilə görüş keçirib

YAP Şuşa rayon təşkilatı rayonun Bərdədə məskunlaşmış seçiciləri ilə görüş keçirib

06.04.2018 [10:35]

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Bərdə şəhərində köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmış Şuşa rayonundan olan seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədr müavini Rəfael Məmməov bildirib ki, son 15 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət həyata keçirilib. Respublikamızın hər bir guşəsi gözəlləşib, müasir yollar çəkilib, məktəblər, idman kompleksləri, mədəniyyət obyektləri, xəstəxanalar tikilib xalqımızın istifadəsinə verilib. Bu siyasətin davamlı olması, yeni hədəflərə çatdırılması üçün qarşıdan gələn prezident seçkilərində də hər birimiz partiyamızın namizədi cənab İlham Əliyevə səs verməliyik.
Çıxış edən ziyalılar Hicran Əliyeva, Şəhla Hüseynova, Maral Cəbiyeva, Elza Dadaşova və başqaları qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər bundan sonra da uğurla inkişaf etdiriləcək və Azərbaycan beynəlxalq aləmdə özünəməxsus yer tutacaqdır.
Tədbirdə çıxış edən seçicilər bildiriblər ki, həmişə olduğu kimi bu seçkilərdə də şuşalı seçicilər cənab İlham Əliyevə yekdilliklə səs verəcək, alternativsiz liderə inamlarını, sevgilərini bir daha isbatlayacaqlar.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31