Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tərtər rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər üçün treninq keçirilib

YAP Tərtər rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər üçün treninq keçirilib

07.04.2018 [09:59]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkilərində rayon təşkilatının seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçilər üçün treninq keçirilib. Treninqdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov prezident seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında geniş məlumat verib.
Rayon təşkilatının sədri onu da bildirib ki, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Seçki komissiyaları lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə tam təchiz edilib.
O da qeyd olunub ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, müvafiq seçki komissiyalarının yüksək hazırlığı və ölkənin seçki qanunvericiliyi prosesin tam şəffaf, ədalətli, demokratik prinsiplərə uyğun keçiriləcəyini söyləməyə əsas verir.
Tədbirdə seçki hərəkətləri, məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin hüquq və vəzifələri, digər prosedurlar barədə geniş məlumat verilib. Həmçinin müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30