
Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası ilə bağlı növbəti görüşü rayonun Xırdalan şəhərində seçicilərlə keçirib.
Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 il ərzində ölkəmizin qazandığı misilsiz nailiyyətlər haqqında geniş məlumat verib. O qeyd edib ki, son 15 il Azərbaycan dövlətçilik tarixinə sürətli inkişaf və sabitlik dövrü kimi qızıl hərflərlə yazılıb. Bütün bunları nəzərə alaraq Bilman Vəliyev bütün seçiciləri YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov 2003-cü ildən etibarən keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıb. Akademik vurğulayıb ki, islahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə görülən işlər barədə danışıb. Bu müddət ərzində müxtəlif sahələr üzrə əldə edilən uğurlardan danışan millət vəkili onu da əlavə edib ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə regionların sosial-iqtisadi inkişafı istiqamətində müvafiq Dövlət proqramları həyata keçirilib.
Görüşdə çıxış edən YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, qərargah üzvü Bayram Hüseynzadə, rayon sakini Rövşən Quliyev və digərləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək abşeronluları aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırıblar.
- Oxunub: 3360 |
- Tarix: 07-04-2018 |
-
Çap et |