Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Biz inamlı, İlhamlı yol ilə daha 7 il irəliləyəcəyik

Biz inamlı, İlhamlı yol ilə daha 7 il irəliləyəcəyik

12.04.2018 [10:27]

Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçkilərdə qələbəsini “İlhamla irəli!” möhtəşəm konsert proqramı ilə qeyd edib
Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Sədri cənab İlham Əliyev ölkə seçicilərinin mütləq əksəriyyətinin etimadını qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə, həmin gün axşam saatlarında Yeni Azərbaycan Partiyasının üzvləri cənab İlham Əliyevin bu parlaq qələbəsini paytaxtın “Sahil” bağında “İlhamla irəli!” möhtəşəm konsert proqramı ilə qeyd ediblər. Bakı şəhərinin rayonlarından minlərlə insan, YAP üzvləri “İlhamla irəli!” şüarı sədaları ilə “Sahil” bağına doğru yürüş ediblər. “Sahil” bağında möhtəşəm qələbəlik yaşanıb.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini, AMEA-nın prezidenti Akif Əlizadə qələbə münasibətilə bütün vətəndaşları təbrik edib və deyib ki, bu gün ölkəmizin həyatında olduqca əlamətdar, tarixi bir gündür. Bütün xalqımızın bayram əhval-ruhiyyəsində olduğunu deyən A.Əlizadə qeyd edib ki, müdrik və qədirbilən Azərbaycan xalqı növbəti dəfə tarixi bir seçim edib: “Mürəkkəb siyasi-iqtisadi reallıqlarla müşahidə olunan müasir şəraitdə xalqımız sabitliyə, inkişafa, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə - İlham Heydər oğlu Əliyevə səs verdi. Xalqımız bir daha sübut etdi ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək insan cənab İlham Əliyevdir”.
A.Əlizadə qeyd edib ki, Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası xüsusilə qürur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir. “Bu qələbə həm də YAP-ın qələbəsidir. Partiyamız xalqımızın bütün təbəqələrini, xüsusən çoxsaylı ziyalıları öz ətrafında birləşdirən ümummilli hərəkat olaraq meydana gəlib. Bu partiya 30 ilə yaxın bir müddətdə müstəqil Azərbaycanla birgə addımlayıb, onunla eyni uğur, tərəqqi və inkişaf taleyi yaşayıb. YAP-ın liderinin yenidən Prezident seçilməsi onu sübut edir ki, partiyamız bu gün də Azərbaycanın sabaha gedən yollarına işıq salmaqdadır”, - deyən natiq əlavə edib ki, vətəndaşlarımz cənab İlham Əliyevə səs verməklə Azərbaycanın inkişafına, işıqlı gələcəyinə, demokratik inkişaf yoluna, ölkəmizin sosial-iqtisadi tərəqqisinə səs verdilər. O, əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq.
Daha sonra çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və iştirakçıları bu möhtəşəm qələbə münasibəti ilə təbrik edib: “İndilərdə MSK rəsmi şəkildə cənab İlham Əliyevin qələbəsini elan etdi. Bu münasibətlə partiyamızın Sədri, Prezident İlham Əliyevi təbrik edirəm. Qələbən mübarək, hörmətli Prezidentim, qələbən mübarək, Yeni Azərbaycan Partiyası, qələbən mübarək, Azərbaycan xalqı. Bu qələbə cənab İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə eyni zamanda Azərbaycan xalqının qələbəsidir. Çünki cənab İlham Əliyevin yenidən Prezident seçilməsi, yenidən Azərbaycanın inkişafı, tərəqqisi, yüksəlişi, əmin-amanlığın, sabitliyin qorunması deməkdir. Bu, hər bir vətəndaşın öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün xalqımız qələbəni bayram edir. Buradakı şənlik, ölkənin hər bir guşəsindəki şənliklər bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni qeyd etməyi özünün əsas vəzifəsi hesab edir. Azərbaycanın Prezidenti olmaq İlham Əliyevin taleyidir, alın yazısıdır. Azərbaycanın bu günü və gələcəyi də İlham Əliyevlə bağlıdır. Bu mənada İlham Əliyev Azərbaycanın şansıdır. Bu, növbəti 7 ildə Azərbaycanın inkişafı, qazanılan nailiyyətlərin daha da artırılması deməkdir”.
Əli Əhmədov qeyd edib ki, bu qələbənin əldə olunmasının əsasında Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dərin etimadı və inamı dayanır. Xalq öz rəhbərinə inandı və səs verdi. Onun sözlərinə görə, bu qələbənin əldə olunmasında YAP-ın və onun üzvlərinin böyük əməyi, zəhməti var: “Gənclərimiz, xanımlarımız, ağsaqqallarımız, yəni bütün təbəqələrin nümayəndələri cənab İlham Əliyevin möhtəşəm qələbəsini təmin etmək üçün əlindən gələni etdilər, bu prosesə töhfəsini verdilər, fədakarlıqlar göstərdilər. Biz inamlı, İlhamlı yol ilə daha 7 il irəliləyəcəyik. 7 il Azərbaycana cənab İlham Əliyevin rəhbərliyi altında fədakarcasına xidmət edəcəyik. 7 il bu millətin güzəranını daha da yaxşılaşdırmaq, gücünü, qüdrətini daha da artırmaq üçün hər bir fədakarlığı Prezidentimizin tapşırığı və rəhbərliyi altında yerinə yetirəcəyik. Amma 7 il ilə iş bitməyəcək. 7 ildən sonra Azərbaycan xalqı yenə də düzgün, müdrik seçimini edəcək, Heydər Əliyev siyasətinə səs verəcək. Heydər Əliyev yolu həmişə bizi işıqlı sabahlara aparacaq”.
Tədbir konsert proqramı ilə davam edib və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Nardar BAYRAMLI
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 783 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30