
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov 28 May gününün Azərbaycan üçün tarixi önəmindən bəhs edib. O, 1918-ci ildə yaradılan və bu il 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu qeyd edib və mövcud olduğu qısa müddətdə gördüyü mühüm işlərdən danışıb. Natiq 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrik rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi qorunub, davamlı inkişaf strategiyasının əsası qoyulub. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən gənclərdən Pərvanə Kazımbəyova, Samirə Vəliyeva, Elmira İbadova, Tural Əlibabayev AXC-nin yaranması və süqutu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlər, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə, habelə Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.
PƏRVİZ
- Oxunub: 6540 |
- Tarix: 26-05-2018 |
-
Çap et |