Ana səhifə »  YAP xəbərləri »  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüş keçirilib
A+   Yenilə  A-
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüş keçirilib

İyunun 11-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun 100, Milli Qurtuluş Gününün 25 illik yubileyləri münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının bir qrup fəalının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Sonra YAP Nəsimi rayon təşkilatının fəalları və kursantlar Ali Hərbi Məktəbin ərazisində Milli Ordunun yaradılmasının 100 illik yubileyinin şərəfinə 100 ədəd ağac əkiblər. Həmçinin kursantların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə YAP Nəsimi rayon təşkilatı tərəfindən Ali Hərbi Məktəbin kitabxanasına Ulu öndərin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar və kursantların istirahət otağı üçün televizor hədiyyə olunub.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu il ölkəmizin hər bölgəsində müasir müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin anadan olmasının 95 və Milli Qurtuluş Gününün 25 illik yubileyləri təntənəli şəkildə qeyd edilir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən də bu əlamətdar hadisələrlə bağlı silsilə tədbirlər hazırlanıb. O, kursantları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
M.İbrahimqızı Azərbaycanın dövlətçilik tarixindən, ölkəmizin müstəqilliyinin ilk illərində qarşılaşdığı problemlərdən danışıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən qurtulub, ölkədə hüquqi, demokratik dövlət quruculuğu istiqamətində çox mühüm işlər görülüb. Xalqımızın maddi rifah halı yüksəlməyə başlayıb. Dahi rəhbər bacarığı, işgüzarlığı və uzaqgörənliyi sayəsində dünya siyasi tarixində özünəməxsus yer tutur. Bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf edən Ulu öndər daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaradıb.
Milli Məclisin deputatı, həmçinin 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan, ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı nailiyyətlərdən bəhs edib. Bildirib ki, dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür. “Azərbaycan Xalq Cümhuriyyəti İli” həm də Azərbaycan Ordusunun 100 illik yubileyi ilidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz güclənir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib.
Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək bildirib ki, 1993-cü il iyun ayında Azərbaycan xalqı Ümummilli liderin hakimiyyətə qayıdışını təkidlə tələb edib. Ulu öndər Heydər Əliyev uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. O, belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən çıxardı. Məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyuldu, Azərbaycanın dövlət müstəqilliyi məhv olmaq təhlükəsindən xilas edildi.
Diqqətə çatdırılıb ki, müstəqillik dövründə, xüsusən Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva qeyd edib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olub. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı hüquqi zəmin hazırlanıb. O, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildiyini bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev xalqa dayaq durmasaydı bu gün Cümhuriyyətimizin 100 illiyini qeyd edə bilməzdik. Biz bu günümüzə və gələcəyimizə görə Ümummilli liderə borcluyuq.
Görüşdə digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən, ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışıblar.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  12-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA