
Qubadlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. A.Haxverdiyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyini və müstəqilliyini xilas etdiyini bildirib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Ümummilli liderimizin qayıdışı ilə müstəqil Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi. Bu gün Azərbaycan xalqı Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bizlər hər zaman Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyirik və bilirik ki, bu siyasi kurs Azərbaycanı gələcəkdə də ən yüksək uğurlara qovuşduracaq: “Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Bakıya qayıdışı xalqımızın müasir tarixinin dönüş nöqtəsidir. Milli Qurtuluş Günü gələcəyimizin təməli idi. Məhz bu gün Azərbaycan xalqı öz dövlətinə sahib çıxdı. Mən inanıram ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini də ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edəcək. Çünki xalqımız hər zaman Prezidentinin arxasındadır”.
Tədbirdə çıxış edən Kamil Əhmədov, Müşkünaz Muradova, Lamiyə Hüseynova və başqaları 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki yerindən bəhs ediblər. Daha sonra partiya fəaliyyətində fərqlənən bir sıra şəxslərə fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.
PƏRVİZ
- Oxunub: 6570 |
- Tarix: 15-06-2018 |
-
Çap et |