Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qusar rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP Qusar rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

21.11.2018 [08:41]

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partiyanın Qusar rayon təşkilatının sədri David İbramxəlilov YAP-ın 26 illik fəaliyyətindən, keçdiyi tarixi inkişaf yolundan ətraflı bəhs edib. O, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP-ın ölkəmizdəki ictimai-siyasi proseslərin önündə getdiyini bildirib.
O da qeyd olunub ki, Azərbaycan bu gün dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, tarixi nailiyyətlərə imza atır. Bu uğurların əsasını Prezident İlham Əliyevin liderlik bacarığı, xalq-iqtidar birliyi təşkil edir.
Tədbirdə həmçinin YAP Qusar rayon təşkilatının sədr müavini Nadirşah Şirinov, YAP Qusar rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Qlıçova, YAP Qusar rayon təşkilatının Gənclər Birliyinin sədri Zeynal Əskərov çıxış edərək partiyanın ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya üzvləri fəxri fərmanlarla təltif olunublar və YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30