Ana səhifə »  YAP xəbərləri »  Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
A+   Yenilə  A-
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, məlum olduğu kimi, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən dövrdə ölkəmizin avanqard siyasi qüvvəsi kimi mövqeyini qoruyub saxlayır. Bunu ifadə edən başlıca səciyyəvi cəhətlər nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası artıq 26 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır. Bununla bərabər, YAP 26 illik fəaliyyətində həm də onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizəedici, ictimai ahəngdarlığı və milli həmrəyliyi təminedici funksiyaları yerinə yetirir. Bir siyasi təşkilat və eyni zamanda, bütövlükdə cəmiyyətimiz üçün dediyimiz məsələlər olduqca vacibdir. Bu gün tam əminliklə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarmışdır.
Əlbəttə, belə böyük nailiyyəti qazanmaq heç də asan başa gəlməyib. Təkcə YAP-ın yarandığı dövrün siyasi, ictimai şərtlərinə nəzər salsaq, bu partiyanın, əslində, necə çətin və şərəfli inkişaf yolu keçdiyi daha aydın görünər. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev də partiyanın 2018-ci il fevral ayının 8-də keçirilən VI qurultayında çıxışı zamanı həmin dövrün hadisələrini şərh edərək məhz belə bir məqamda YAP-ın yaranmasının tarixi hadisə olduğunu vurğulayıb: “Azərbaycanda iqtisadi tənəzzül, sənayenin iflic vəziyyətə düşməsi, siyasi, iqtisadi, ondan sonra da hərbi böhran, demək olar ki, müstəqilliyimizi şübhə altına alırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı öz Liderinə üz tutdu və partiyamızın yaradılması, əlbəttə ki, burada həlledici rol oynamışdır. Onu da biz yaxşı xatırlayırıq və əlbəttə, partiya üzvləri bunu bilirlər, Azərbaycan ictimaiyyəti də bilir ki, o vaxt hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş hakimiyyət imkan verməmişdi ki, partiyamızın qurultayı Bakıda keçirilsin. Fəallar, vətənpərvər insanlar Naxçıvana gəlmiş və Heydər Əliyevin Sədrliyi ilə partiyamızın yaradılması haqqında bəyanat verilmişdir. Ondan bir neçə ay sonra xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ölkəmiz inkişaf yoluna qədəm qoydu”.
- Yeni Azərbaycan Partiyasının yaranması həm də ölkəmizdə yeni siyasi sistemin və siyasi mədəniyyətin əsasının qoyulmasını şərtləndirdi. Bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, YAP-ın yaranması Azərbaycanda yeni siyasi münasibətlərin, yeni siyasi sistemin də yaradılmasını şərtləndirdi. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Dövlətimizin başçısının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Təbii ki, partiyamızın Sədrinin bu fikirləri ölkənin siyasi sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir. Çünki, doğrudan da, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda tərəddüdlər var idi, dəqiq, aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti total, monoideoloji bir sistemin varisi idi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqla bərabər, sürətlə inkişaf etməyə başladı. Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasına da güclü təsir göstərdi. Başqa sözlə, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı. Əlbəttə ki, bütün bunları təhlil edərkən qarşımıza çıxan başqa bir məsələ Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə yeni mədəniyyət gətirməsi idi. Çünki əksər hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi hesab edilməklə, bəzi hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətlə eyniləşdirilir. Demokratik ölkələrdə hər bir halda hər hansı bir fərdin sosial-siyasi münasibətlərdə davranışları məhz mənimsədiyi siyasi mədəniyyətə söykənərək sərgilənir. Ona görə də ölkədə tarixi keçmişimizə, milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin formalaşması vacib məsələlərdən biri idi. Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini müəyyənləşdirəcək əsas komponentlərdən biridir. Ona görə də YAP üzərinə düşən bu tarixi missiyanı da uğurla həyata keçirdi.
- Yeni Azərbaycan Partiyasının milli maraqları təmsil edən monolit siyasi güc və avanqard siyasi institut olması aşkar reallıqdır. Bu reallığı əks etdirən xarakterik xüsusiyyətlər nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası 25 ildir ki, hakimiyyətdədir. Partiyamızın 25 il hakimiyyətdə olması və hər keçən gün daha da güclənməsi partologiya tarixində az rast gəlinən nümunələrdəndir. Ənənəvi olaraq əksər cəmiyyətlərdə iqtidar partiyaları bir neçə ildən sonra səs itirməyə başlayırlar. Azərbaycanda isə bu baş vermədi. Hesab edirik ki, bunun əsas səbəbi, ilk növbədə, YAP-ın qurucu liderinin və sonrakı illərdə isə hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə bağlıdır. Bir siyasi partiya üçün onun liderinin kim olması ən əsas məsələlərdən biridir. Çünki bildiyimiz kimi, partiya bir liderin ətrafında birləşən üzvlərin cəmidir. Burada hər bir partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar. Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki, bütün bu fərdi və kollektiv maraqları təmin edə bilsin. Amma Yeni Azərbaycan Partiyası təkcə bununla işini başa vurmuş hesab etmədi. YAP təkcə fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan xalqının maraqlarını da təmin etməklə ildən-ilə öz üzvlərinin sayını artırmağa nail oldu və keçirilən bütün seçkilərdə əhalinin daha çox faizinin səsini qazanmağı bacardı. Hesab edirik ki, məhz bu, partiyaların fəaliyyəti baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan biridir və bu, siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə üzvlərin, qrupların, ona simpatiyası olan və yaxud onun üzvü olan kollektiv marağı deyil, bütövlükdə xalqın marağını ifadə edir. Məhz YAP-ın hər seçkidə daha çox səs toplamasının əsas səbəbi də bundan ibarətdir. Bu gün Azərbaycan siyasi palitrasında YAP-la rəqabət aparacaq qüvvə yoxdur. YAP Azərbaycan cəmiyyətinin, siyasi sisteminin, daxili sosial, etnik, mədəni və dini strukturlarının hamısını təmsil edəcək siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura malik olan bir ölkədə bu qədər güclənmək olmazdı. Ona görə YAP milli maraqları təmsil edən monolit siyasi gücdür desək, yanılmarıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır.
Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi palitrasında yer alan digər siyasi təşkilatlardan əsas fərqli cəhətlərindən biri də partiyamızın zaman-zaman Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra struktur dəyişikliklərinə üz tutmasıdır. Bu dəyişikliklər təkcə partiyanın həyatında baş verən dəyişikliklər deyil. Bu dəyişikliklər, ilk növbədə, ölkənin siyasi sisteminin dəyişiklikləridir, sonra isə aldığı qərarlarla Azərbaycan xalqının müqəddəratına, taleyinə təsir edən addımlardır.
- Hikmət müəllim, Yeni Azərbaycan Partiyası ideoloji prinsiplərinə və fəaliyyət mexanizminə görə neokonservativ partiya kimi xarakterizə olunur. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Biz bilirik ki, hər hansı partiyanın ümumxalq partiyası kimi səciyyələndirilməsinin özünəməxsus şərtləri var. Bu şərtlər yerinə yetirilməyənə qədər heç bir siyasi təşkilat haqqında bu sözü demək mümkün deyil. YAP-ın ümumxalq partiyasına çevrilməsi, heç şübhəsiz ki, ilk növbədə, onun qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki partiyamız yaranan zaman onun Proqram və Nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu Proqram və Nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. Məhz bu sənədlərdən irəli gələn tələblərin yerinə yetirilməsi zaman-zaman YAP-ı ümumxalq partiyası kimi səciyyələndirməyə gətirib çıxardı. YAP elə bir siyasi təşkilatdır ki, burada Azərbaycan cəmiyyətinin bütün sferalarını təmsil edən üzvləri tapmaq olar.
Azərbaycanın sosial iyerarxiyasının bütün təbəqələrinin nümayəndələrini YAP-da görmək mümkündür. Bu, partologiya tarixində mühüm bir hadisədir. Çünki müxtəlif partiyalar, əslində, müxtəlif ideologiyaların ətrafında cəmləşən insanların birliyidir. Amma məsələ ondadır ki, YAP-ın rəqiblərinin heç biri onun üzvlərini birləşdirəcək ideologiyaya sahib deyil. YAP isə bu mənada istisnadır, çünki siyasi terminlə onun səciyyəvi xüsusiyyətini izah etməyə çalışsaq, biz YAP-ı neokonservativ partiya kimi səciyyələndirə bilərik. Yəni yeni mühafizəkar partiyadır. Çünki yenilikçi ideyalar partiyanın Proqram və Nizamnaməsindən, partiyamızın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin çıxışlarında irəli sürülən tezislərdən irəli gəlir. Mühafizəkarlıq isə onun xalqa, millətə bağlılığından qaynaqlanır. Azərbaycan xalqının mədəniyyətinin, mənəviyyatının qorunmasından, onlara sahib çıxmasından, eyni zamanda, Azərbaycanda tarixən formalaşmış milli mədəni mühitin qorunmasından irəli gəlir. Ona görə də YAP-ı siyasi partiya kimi təsnifatlandırmağa çalışsaq, onu Azərbaycanda neokonservatizmin təmsilçisi kimi xarakterizə edə bilərik.
Beləliklə, sadalanan faktlar və YAP-ın ötən 26 ildə əldə etdiyi böyük nailiyyətlər fonunda tam qətiyyətlə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti ilə birgə addımlayan, dövlətimizin qazandığı uğurlarda böyük pay sahibi olan Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə Azərbaycan xalqının etimadını doğruldub. Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətinin ötən 26 ildə qazandığı böyük nailiyyətlərdə YAP müstəsna rol oynayıb və hakim partiya olaraq bu gün də eyni missiya ilə çıxış edir. Ona görə də tam məsuliyyətlə deyə bilərik ki, partiyamız 1992-ci ildə yaradılarkən xalqımızın ondan gözləntilərini doğruldub.

 
  • Oxunub:  7110  |  
  • Tarix:  21-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA