Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Laçın rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirib

YAP Laçın rayon təşkilatı partiyanın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirib

23.11.2018 [09:02]

Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verib, qurtuluş və tərəqqinin simvoluna çevrilib. Bu fikir YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin qəsəbədəki büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, dahi rəhbərin adını daşıyan parkda ağac əkiblər.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov tədbirdə çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Bildirilib ki, dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrında Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi.
Digər çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar. Çıxışlarda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, son 15 ildə ölkəmizdə bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğu vurğulanıb.
Tədbirdə rayonun ictimai-siyasi və sosial həyatında fəal iştirak edən YAP fəallarına Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Paylaş:
Baxılıb: 618 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31