Ana səhifə »  YAP xəbərləri »  "Dayanıqlı inkişaf məqsədləri gənclər üçün"
A+   Yenilə  A-
"Dayanıqlı inkişaf məqsədləri gənclər üçün"

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Dekabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə "Dayanıqlı inkişaf məqsədləri gənclər üçün" mövzusunda konfrans keçirilib. Əvvəlcə Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, konfransın moderatoru Hüseyn Hüseynov bildirib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında 25-27 sentyabr 2015-ci il tarixində Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq 17 dayanıqlı inkişaf məqsədi, 169 hədəf və 231 göstəricini özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul olunub. Onun sözlərinə görə, sənəd "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" adlanır və Azərbaycan da daxil olmaqla 193 ölkə tərəfindən qəbul olunmuş qlobal sənəddir: "Sənəd davamlı inkişafın 3 müxtəlif aspektini əhatə edir: iqtisadi, sosial və ətraf mühit məsələləri. Hər bir sahə üzrə bütün dünyada qlobal səviyyədə qəbul olunmuş hədəf və göstəricilər müəyyənləşdirilib. Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədləri ilə müqayisədə daha geniş və qlobal sənəddir. 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik 3 əsas prinsip üzərində qurulub. Bunlardan birincisi universallıq prinsipi adlanır. Bu prinsipin təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, bütün dünya ölkələrinə tətbiq edilməsi nəzərdə tutulur. Bu çərçivədə bütün inkişaf kateqoriyasına aid olan ölkələr - istər inkişaf etmiş, istər inkişaf etməkdə olan, istərsə də aşağı inkişaf kateqoriyasına aid olan ölkələr üçün spesifik hədəflər müəyyənləşdirilib. Digər prinsip inteqrasiyalı yanaşma prinsipidir. Bu, bəhs olunan və digər strateji sənədlər çərçivəsində qəbul edilmiş məqsəd və hədəflərin bir-biri ilə uzlaşması məsələsini əks etdirir. BMT tərəfindən qəbul olunmuş bir sıra sənədlər dayanıqlı inkişaf məqsədlərinin hədəfləri ilə uyğunluq təşkil edir. Bu sənədlərin icrası, eyni zamanda, BMT tərəfindən qəbul edilmiş "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də öz əksini tapmış hədəf və məqsədlərə nail olunması ilə nəticələnəcəkdir. Digər bir yanaşma isə - "heç kimin geridə qalmaması" prinsipi ilə ifadə olunur".
H.Hüseynov bildirib ki, konfrans dayanıqlı inkişafın 4-cü və 8-ci məqsədlərinə həsr olunub. Belə ki, 4-cü məqsəd "İnklüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək", 8-ci məqsəd isə "İnklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ etmək" məsələləridir. "Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycan cəmiyyətinin hər bir üzvünün Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərindən irəli gələn inkişafdan bəhrələnməsi və onların dayanıqlı inkişafına nail olunması üçün səylərinin artırılmasına geniş imkanlar yaradacaq", - deyə şuranın katibi vurğulayıb.
Konfransda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışıb. O bildirib ki, təhsil Dayanıqlı İnkişaf Məqsədləri arasında xüsusi yer tutur: "Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Lakin heç də bütün ölkələrdə təhsil üçün əlverişli şərait yoxdur. Azərbaycan dövləti təhsilə xüsusi əhəmiyyət verir. Ölkəmizdə təhsilin inkişaf etdirilməsi üçün ardıcıl işlər görülür".
Nazir müavini qeyd edib ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür: "Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Azərbaycanın təhsil sahəsindəki göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir".
F.Qurbanov "Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi"nin Azərbaycan Prezidentinin 2013-cü ilin 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ilə bir çox sahələrdə uyğunluq təşkil etdiyini diqqətə çatdırıb və strategiyada göstərilən islahatların aparılması sayəsində bir sıra sahələrdə yüksək nəticələr əldə olunduğuna dair ətraflı məlumat verib. O, həmçinin ümumi təhsilin yeni standartlarının hazırlanması, təhsildə gender bərabərliyinin təmin edilməsi və inklüziv təhsil sahəsində görülən işlər barədə danışıb və "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"nın önəmini vurğulayıb.
Nazir müavini Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırmasını, son dövrlərdə məcburi köçkün uşaqların təhsil hüquqlarını təmin etmək məqsədilə onlar üçün yüzlərlə məktəb tikildiyini bildirib. O, ölkədə məktəblərin 70 faizdən çoxunun yenidən tikildiyini və ya əsaslı təmir olunduğunu da diqqətə çatdırıb.
Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını bildirib. Nazir müavini layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. yönündə sistemli tədbirlərin reallaşdırıldığını qeyd edib. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini bildirib.
M.Kərimli qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin zəruriliyi hamı tərəfindən qəbul olunur. Dayanıqlı İnkişaf Məqsədlərinin üç əsas prinsipinin - inklüzivliyin təmin edilməsi, ətraf mühitin qorunması və iqtisadi artımın gücləndirilməsi olduğunu vurğulayan nazir müavini ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülən işlərdən danışıb. O deyib ki, Azərbaycanda bu sahədə davamlı tədbirlər həyata keçirilir: "Ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizə düşüb. Bu isə Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində apardığı davamlı işlərin nəticəsidir".
Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluğu istiqamətində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran natiq qanunvericiliyin təkmilləşdirildiyini, məşğulluqla bağlı yeni qanunun, əlilliklə bağlı bir sıra hüquqi aktların qəbul edildiyini bildirib. Nazir müavini bildirib ki, son 15 ildə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizdəki əmək qüvvəsi olmadan həyata keçirilə bilməzdi. Bütün bu uğurlar Azərbaycanın əmək resurslarının peşəkarlığının göstəricisidir. Onun sözlərinə görə, gənclərin məşğulluğunun təmin edilməsi də daim diqqət mərkəzindədir. M.Kərimli söyləyib ki, Azərbaycan Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" ilə bağlı Tədbirlər Planı hazırlanır: "Dövlət başçısının qeyd olunan Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan Tədbirlər Planı layihəsində Strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi də Strategiyada əsas istiqamətlər kimi müəyyən olunub". Nazir müavini bu proseslərdə gənclərin fəallığının zəruri olduğunu deyib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı çıxışında bildirib ki, dayaniqli inkişaf məqsədləri Azərbaycanın inkişaf gündəliyində yeni məsələ deyil. Onun sözlərinə görə, Azərbaycan inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başlayıb: "Ölkəmizdə ötən müddət ərzində Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün kompleks tədbirlər həyata keçirilib. Belə ki, "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", eləcə də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın uğurlu icrasının nəticəsi kimi, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bundan başqa, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində inkişafın əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda, qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə iqtisadiyyatın müxtəlif sektorları üzrə 12 Strateji Yol Xəritəsi qəbul olunub və bu sənədlərdə müəyyənləşdirilmiş hədəflər də dayanıqlı inkişafa nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
M.İbrahimqızı bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qəbul edilən qərarların 30 faizdən çoxu gənclərlə bağlıdır: "Buna görə də bu qərarların yerinə yetirilməsində gənclər fəal olmalıdırlar. Bütövlükdə, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərimiz müxtəlif dövlət qurumlarında, həyatın bütün sferalarında geniş təmsil olunurlar".
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün dünyada ibtidai təhsil ala bilməyənlərin 50 faizinin münaqişə zonalarının sakinləri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın ərazisinin 20 faizi işğal altındadır, faktiki olaraq müharibə şəraitində yaşayırıq. Buna baxmayaraq, ölkəmizdə ibtidai təhsil yaşına çatan bütün uşaqlar ibtidai təhsil alırlar. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin nəticəsidir.
S.Orucov qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyətinə gənclərin prizmasından baxsaq, aydın görə bilərik ki, hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək, layiqli işlə təmin olunmasına dəstək vermək ümumbəşəri məqsədlərin bir istiqamətidir. Onun sözlərinə görə, keyfiyyətli təhsil dayanıqlı inkişafın fundamentidir. Belə ki, inklüziv təhsilə çıxış həyat keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ən mühüm problemlərin həlli üçün innovasiyaların geniş tətbiqinə əsas dəstək ola bilər. "Hazırda dünyada bütün səviyyələrdə təhsilə çıxış imkanının artırılması və xüsusilə qadın və qızların təhsildə iştirak səviyyəsinin artırılması istiqamətində irəliləyişlərə baxmayaraq, hələ də 617 milyon gənc savadlılıq və riyazi savadlılığın ən az müəyyən edilmiş funksional səviyyəsinə çatmaqda çətinlik çəkir. Bu baxımdan universal təhsil məqsədlərinə nailolma istiqamətində uğurlu addımlar atmaq üçün daha çox səy göstərmək lazımdır. Belə ki, inklüziv təhsilə çıxış həyat keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ən mühüm problemlərin həlli üçün innovasiyaların geniş tətbiqinə əsas dəstək ola bilər. Bütün gənclərin keyfiyyətli şəkildə təhsilə azad, bərabər çıxış imkanının, savadlanmasının təmin edilməsi, məşğulluq, layiqli əmək və sahibkarlıq fəaliyyəti üçün məqbul texniki və peşə vərdişlərinə malik olan gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması Dayanıqlı İnkişaf Məqsədlərində gənclərlə bağlı əsas hədəflər kimi müəyyən edilib" – deyən YAP Gənclər Birliyinin sədri əlavə edib ki, bu nöqteyi-nəzərdən ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilib.
BMT-nin Azərbaycandakı nümayəndəliyinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə eksperti Delavar Barekzai deyib ki, gənclər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə fəal şəkildə qoşulmalıdırlar. Onun sözlərinə görə, hazırda cəmiyyətlərin qarşısında duran bütün problemlərin həllində Dayanıqlı İnkişaf Məqsədləri mühüm rol oynayır: "Lakin bu məqsədlərə necə nail olunması ilə bağlı müzakirələr daha geniş aparılmalı, bu yollar aydınlaşdırılmalıdır. Dayanıqlı inkişafda əsas məqam bugünkü nəslin ehtiyaclarını təmin edərkən gələcək nəsil üçün problem yaratmamaqdır. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması yolları ətraflı müzakirə edilməli, əməkdaşlıq gücləndirilməlidir".
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında gənclərin imkanlarından istifadə edilməsinin önəmini vurğulayan ekspert deyib ki, bu prosesdə gənclərin potensialı yüksəkdir.
Daha sonra konfransda gənclərin sualları cavablandırılıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4170  |  
  • Tarix:  20-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
18:09
22 Yanvar
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
18:05
22 Yanvar
Azərbaycan keçən il Gürcüstana 266,6 milyon dollarlıq təbii qaz göndərib
18:00
22 Yanvar
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
17:55
22 Yanvar
Dünya İqtisadi Forumu işə başlayıb
17:47
22 Yanvar
Bu il 19 ölkəyə 25 ixrac missiyası təşkil ediləcək
17:44
22 Yanvar
Hazırda Bakıda 270 “BakuBus” avtobusları fəaliyyət göstərir
17:37
22 Yanvar
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:34
22 Yanvar
Azərbaycanlı deputat: Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nə etməyi planlaşdırır?
17:27
22 Yanvar
Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib
17:19
22 Yanvar
Mehman İsmayılov: Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir
17:14
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü
17:10
22 Yanvar
Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
16:57
22 Yanvar
Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd
16:44
22 Yanvar
Azərbaycanlı deputat “EurActiv” portalına müsahibəsində Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli mövqelərindən danışıb
16:37
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda keçirilmiş mitinqlə bağlı məlumat yayıb
16:24
22 Yanvar
YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı təsdiqlənib
16:03
22 Yanvar
Nazir: Vergi orqanlarının məqsədi sahibkarların leqal şərtlərlə rahat işləmələrini təmin etməkdir
16:00
22 Yanvar
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
15:23
22 Yanvar
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
15:13
22 Yanvar
Ziyad Səmədzadə: İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir
15:05
22 Yanvar
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
14:54
22 Yanvar
Bakıda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq
14:53
22 Yanvar
Mələk Çakmak: Məqsədimiz kiçik fermer qruplarına kömək etmək və kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır
14:26
22 Yanvar
Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14:14
22 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
14:12
22 Yanvar
İnam Kərimov: FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir
14:08
22 Yanvar
“Sky Sports” telekanalı Formula 1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq
14:06
22 Yanvar
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
12:55
22 Yanvar
“Əl-İslah və Ət-Tənmiyə” qəzeti: “Prezident İlham Əliyev 2019-cu ili İmadəddin Nəsimi ili elan edib”
12:49
22 Yanvar
Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4