Ana səhifə »  YAP xəbərləri »  YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib
A+   Yenilə  A-
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Nəsimi ili” çərçivəsində Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib

Martın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dahi şair Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur. S.Orucov görüşə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun dəvət olunduğunu deyib. O, qeyd edib ki, akademik Möhsün Nağısoylu ölkəmizin nüfuzlu elm xadimlərindən biridir.
Tədbirdə çıxış edən akademik Möhsün Nağısoylu bildirib ki, dahi şairimiz Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri onun Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır. Onun sözlərinə görə Nəsimiyə qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də məhz Nəsimi olub. Akademik bildirib ki, insan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib.
M.Nağısoylu qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb: “Bu addımlardan biri də Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamıdır. Ona görə ki, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şairimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqincə qeyd olunması məqsədilə 11 yanvar 2019-cu il tarixində “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi” haqqında daha bir Sərəncam imzaladı. Hər iki Sərəncamı Prezidentin ədəbiyyatımıza xüsusi diqqət göstərməsinin əyani sübutu kimi qiymətləndirmək olar.
Prezident İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Eyni zamanda, Azərbaycan ədəbi dilinin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın şərəfinə Prezidentin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması Azərbaycanın elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.
Akademikin fikrincə, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Onun sözlərinə görə, Ulu Öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib. “Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi Azərbaycanda təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, Ulu Öndər 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri ərəb, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərəbcə və farsca yazdığı bəzi əsərləri isə doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Bundan əlavə, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilməsi də təsadüfi deyil. Çünki Nəsimi irsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə bizim instituta Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb”, - deyən akademik əlavə edib ki, Ümummilli Liderin həmin təşəbbüsünü, sözün əsl mənasında, Ulu Öndərin xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar. Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan, Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması Ulu Öndərin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.
Beləliklə, Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi Ulu Öndərin ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirmək olar.
Sonra tədbirdə gənclərin sualları cavablandırılıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1860  |  
  • Tarix:  15-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA