Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Səbail rayon təşkilatının cari ilin birinci yarısındakı fəaliyyətinin yekunları müzakirə edilib

YAP Səbail rayon təşkilatının cari ilin birinci yarısındakı fəaliyyətinin yekunları müzakirə edilib

04.07.2019 [09:46]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rayon Şurasının və İdarə Heyətinin geniş iclası keçirilib. İclasda 2019-cu ilin birinci yarısında YAP Səbail rayon təşkilatı tərəfindən görülən işlər, qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonuncu iclasdan ötən dövrdə ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələr və yeniliklər, o cümlədən görülən işlər barədə məlumat verən Ş.Hacıyev xüsusilə cari ilin birinci yarısında ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan, əldə olunan uğurlardan danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həlli, xüsusilə problemli kreditlər, çoxmənzilli binalarla bağlı problemlərin aradan qaldırılması, əməkhaqqı və pensiyanın artırılması və digər istiqamətlərdə mühüm əhəmiyyət kəsb edən Fərman və sərəncamlarının yüz minlərlə vətəndaşın həyatında əhəmiyyətli dərəcədə hiss edilən dəyişikliklərə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bütün bunlar Azərbaycanın sürətli inkişafının, dövlətimizin sosial sahəyə verdiyi önəmin göstəricisidir.
Təşkilatın sədri daha sonra bildirib ki, YAP ölkəmizin inkişafındakı yeri və roluna görə dünya miqyasında ən uğurlu fəaliyyət göstərən siyasi qüvvələrdən biridir. Təsadüfi deyil ki, partiyamızın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib. Bu isə partiyanın hər bir üzvünün məsuliyyətini daha da artırır.
Vurğulanıb ki, hesabat dövrü YAP Səbail rayon təşkilatı üçün uğurlu olub. Hazırda təşkilatda 126 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. İlin birinci yarısında 4 yeni ərazi ilk partiya təşkilatı təsis olunub. Yarım il ərzində təşkilatın nəzdində 30 yeni qurum yaradılıb, üzvlərin sayı 286 nəfər artıb. Hazırda təşkilatın sıralarında 26 min 493 üzv var. Onların 65,8 faizini gənclər, 55,8 faizini qadınlar təşkil edirlər.
Professor Ş.Hacıyev təşkilatın tədbirlər planı barədə məlumat verib, görüləcək işlərdən danışıb.
Digər çıxış edənlər də YAP Səbail rayon təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda bu uğurların qarşıdakı dövrdə də davam etdirilməsi üçün görüləcək işlərlə bağlı təkliflər səsləndirilib.
İclasda YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev anadan olmasının 60 illik yubileyi münasibətilə xatirə plaketi ilə təltif edilib. Həmçinin yüksək fəallıqları ilə seçilən bir sıra üzvlərə təşəkkürnamələr təqdim olunub.
Sonda gündəlikdə duran digər məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30