Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Oğuzda Yeni Azərbaycan Partiyasının “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin açılışı olub

Oğuzda Yeni Azərbaycan Partiyasının “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin açılışı olub

09.07.2019 [10:32]

Yeni Azərbaycan Partiyası “Gənc liderlər üçün yay məktəbləri” layihəsinə start verib. İyulun 8-də Oğuz şəhərindəki “AFRA” hotelinin konfrans zalında layihənin açılış mərasimi olub.
Mərasimdə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək davamlı olaraq keçirilən yay məktəblərinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsini, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu bildirib. S.Novruzov qeyd edib ki, bu il yay məktəblərində ümumilikdə, 1000 nəfərədək fəal gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. “Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır. Layihənin məqsədlərindən biri də gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır” - deyə YAP İcra katibinin müavini vurğulayıb. S.Novruzov qeyd edib ki, layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak edirlər: “Ötən illərdə keçirilmiş yay məktəblərində gənclərin YAP-ın funksionerləri, Milli Məclisin deputatları, ziyalılar ilə görüşləri təşkil olunub, onlara Azərbaycanda gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu, partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib, eləcə də, region gəncləri ilə görüşləri təşkil olunub, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçirilib. Budəfəki yay məktəblərində də bu tipli tədbirlər təşkil olunacaq”.
S.Novruzov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, məhz Ulu Öndərin təşəbbüsləri və qəbul etdiyi qərarlar əsasında cəmiyyətimizdə gənc nəslin inkişafı üçün əməli addımlar atılıb, gənclərin yüksək təhsil alması, dövlət idarəçiliyində təmsilçiliyi, bütövlükdə, cəmiyyətdə layiqli yer tutması üçün lazımi tədbirlər həyata keçirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Qeyd edilib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
YAP İcra katibinin müavini, həmçinin gənclərə sosial şəbəkələrdə daha fəal olmağı tövsiyə edib.
Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatları Rauf Əliyev və Kamilə Əliyeva çıxış edərək ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, tövsiyələrini bildiriblər.
Təbdirdə çıxış edən gənclər də layihə ilə bağlı fikir və təkliflərini veriblər.
Qeyd edək ki, yay məktəbləri zamanı gənclər üçün təlimlər, seminarlar və informativ sessiyalar keçiriləcək, idman yarışları, əyləncəli oyunlar təşkil ediləcək.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30