Ana səhifə »  YAP xəbərləri »  “Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
A+   Yenilə  A-
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı

Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində gənclərin iyul ayının 17-də Lerik rayonu ilə tanışlığı olub.
Lerik rayonu mərkəzində Şəhidlər Kompleksini ziyarət edən gənclərə məlumat verilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Lerik rayonu 140 şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. Azərbaycanın ilk Milli qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.
Sonra rayon mərkəzində Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edən gənclər Ulu Öndərin əziz xatirəsini ehtiramla anıb, abidəsi önünə gül düzüblər.
Gənclərin dünyada analoqu olmayan Uzunömürlülər Muzeyi ilə tanışlığı isə böyük marağa səbəb olub. Gənclərə məlumat verilib ki, muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünyada yeganə olan bu mədəniyyət ocağının binası müasir memarlıq elementlərindən istifadə edilməklə 2010-cu ildə inşa olunub. Həmin il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.
Bildirilib ki, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü yaşayıb. Hazırda iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Buradakı 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil olunmuş “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Daha sonra bu fotolar Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Lerikə gətirilərək Uzunömürlülər Muzeyinə hədiyyə olunub.
Vurğulanıb ki, Uzunömürlülər Muzeyində yaşlı insanların şəkilləri asılmaqla, həm də onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, kənd təsərrüfatında işlətdiyi alətlər, əl işləri də nümayiş etdirilir.
Daha sonra gənclər Bayraq Muzeyi ilə tanış olublar. Onlara məlumat verilib ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bayraq Muzeyinin Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabr ayının 15-də açılışı olub.
Bildirilib ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.
Ümumiyyətlə, bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir. Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.
Bayraq Muzeyi ilə tanışlıqdan sonra gənclər Heydər Əliyev Mərkəzində olublar.
Mərkəzlə tanış olan gənclərə məlumat verilib ki, mərkəz 25 iyun 2010-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumi sahəsi 420 kvadratmetr olan mərkəzin 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binanın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yardımçı otaqlar yerləşir. Mərkəzin ekspozisiya zalında Ümummilli Liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən 138 fotoşəkil, 49 sənəd və 1 büst nümayiş etdirilir. Ekspozisiya zalının bir bölməsi Prezident İlham Əliyevin Lerikə tarixi səfərləri barədə məlumat verir.
Gənclər daha sonra Lerik rayon Tarix-diyarşünaslıq Muzeyi ilə tanış olublar. Gənclərə muzeyin tarixi və burada saxlanılan eksponatlar barədə məlumat verib.
Bildirilib ki, Lerik Azərbaycanın qədim tarixə malik bölgələrindəndir. Tarix-diyarşünaslıq Muzeyinin binası Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə ötən əsrin 80-ci illərində tikilib. 5 bölmədən ibarət muzeydə 4 min eksponat nümayiş etdirilir. Onların arasında eramızdan əvvəl XIV-XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s. maddi mədəniyyət nümunələri var.
Muzeydə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş xüsusi bölmə yaradılıb. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə - beş Milli Qəhrəmana həsr olunmuş guşələr də var. Gənclər muzeylə yaxından tanış olublar, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğulayıblar.
Rayonla tanışlığı başa vuran gənclər günün ikinci yarısında “Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda təlimdə iştirak ediblər. Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə məlumat verib. Sonra təlimin moderatoru YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kübra Əliyarlı yaradıcı gənclərə göstərilən dövlət qayğısından bəhs edib. Sonda gənclərin sualları cavablandırılıb.
Tanışlıq və təlimlərdən sonra gənclər arasında müxtəlif idman yarışları, yaradıcı müsabiqələr keçirilib. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
Qeyd edək ki, “Yay məktəbi”nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan “Yay məktəbi” davam edir.

 
  • Oxunub:  12870  |  
  • Tarix:  18-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 13:03
Kestutis Yankauskas: "Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik"
22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3