Ana səhifə »  YAP xəbərləri »  YAP-ın “Yay məktəbi” layihəsi gənclərin inkişaf, dialoq və inteqrasiya platformasıdır
A+   Yenilə  A-
YAP-ın “Yay məktəbi” layihəsi gənclərin inkişaf, dialoq və inteqrasiya platformasıdır

Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin II turu başa çatdı. 2007-ci ildən başlayan “Yay məktəbi” layihəsinin builki mərhələsində də partiyanın fəal üzvü olan 300-dən çox gənc iştirak etdi.
“Yay məktəbi”ndə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil etdilər. Hər il olduğu kimi, bu dəfə də “Yay məktəbi” layihəsi ölkəmizin gözəl guşələrində - Oğuzda və Lerikdə təşkil olundu. Layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ekskursiyalar təşkil olundu, müxtəlif məsələlərlə bağlı təlimlər, debatlar, intellektual və əyləncəli oyunlar reallaşdırıldı və idman yarışları təşkil edildi. “Yay məktəbi” çərçivəsində YAP-ı təmsil edən deputatlar, partiyanın Siyasi Şurasının üzvləri də gənclərlə birgə layihə iştirakçısı oldular. Onlar müxtəlif mövzular ətrafında gənclərlə fikirlərini bölüşdü, müxtəlif suallara cavab verdilər.
Bununla da YAP bir daha Azərbaycan gəncliyinə olan münasibətini, diqqətini ortaya qoymuş oldu. Əlbəttə ki, iqtidar partiyası olaraq YAP-ın gənclərin asudə vaxtının səmərəli təşkili və onların bacarıqlarının reallaşdırılması baxımından həyata keçirdiyi layihələr birbaşa dövlətin cəmiyyətimizin sözügedən aktiv sosial təbəqəsinə olan qayğısından irəli gəlir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin gənclərə olan münasibətini isə bu gün hər bir azərbaycanlı əyani şəkildə görür.
Sirr deyil ki, Azərbaycanda gənclər siyasəti 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra formalaşıb. O vaxta qədər - 1991-1992-ci illərdə Azərbaycan gəncliyi siyasi hakimiyyəti istismar edən ayrı-ayrı kriminal qruplaşmaların əlində alətə çevrilmişdi. Onlar əsasən cinayət və digər qanunazidd fəaliyyətlərə təhrik edilirdilər.
Məhz Ulu Öndərin siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan gənclərinə xüsusi diqqət ayrıldı və hətta bu sahədə siyasi kurs da hazırlandı. Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmiş Ümummilli Lider Heydər Əliyev bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
2 mart 1999-cu il tarixində Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Ulu Öndər Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verdi. Məhz 1999-cu ildə Ümummilli Lider tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman isə bu sahəyə dövlət başçısı səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” qanun qəbul edildi və 9 aprel 2002-ci il tarixində Heydər Əliyev tərəfindən imzalandı. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırıldı.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalandı. Həmçinin dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edildi, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu.
Prezident İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edildi. Bu mənada dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını nümayiş etdirməklə bildirdi ki, hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır: “Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq”.
3 oktyabr 2008-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak etdi. O, dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirdi. Bütün söylənilənlərin davamı kimi Prezident İlham Əliyev “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını imzaladı, həmçinin Azərbaycan Gənclər Fondu yaradıldı, gənclər mərkəzləri açıldı, bu sahənin inkişafı ilə əlaqədar bir sıra qanunlar qəbul edildi və qərarlar verildi.
Bunlar bir daha göstərir ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və rasional şəkildə reallaşdırılır. Gənclərin özünün inkişafını, potensialını reallaşdırmasını, bacarığını nümayiş etdirməsini, təhsilini yüksək səviyyədə almasını, onların xaricdə bu prosesi keçməsini təmin edən Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti sayəsində hazırda gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində uğurla çalışırlar. Eyni zamanda, Prezident İlham Əliyevin Sədri olduğu YAP daxilində də gənclərə xüsusi diqqət və qayğı göstərilir.
Əlbəttə ki, dövlətin gənclər siyasətinin yaratdığı şərait nəticəsində ortaya çıxan imkanlardan bəhrələnən gənclərin böyük qismi də Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Bu gün üzvlərinin sayının 250 mindən çox olduğu YAP-ın Gənclər Birliyi Azərbaycanın bütün sahələrində baş verən proseslərdə ön mövqedə durur. İstər ictimai-siyasi, istərsə də sosial-iqtisadi sahələrdə orijinal layihələri ilə sözünü deyən YAP gəncləri dövlətin onlara olan diqqət və qayğısının əyani sübutlarını nümayiş etdirirlər.
YAP-ın layihələrində ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də diqqət və qayğı ilə əhatə olunmuş gənc nəslin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli Lider Heydər Əliyevin “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin reallaşdığını təsdiq edir.
Partiyaya gənclərin axını YAP-da gənclik enerjisini artırmaqla gələcək inkişafımıza da ən etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, YAP-ın gəncləri Ümummilli Lider Heydər Əliyevin ideyalarını fəal şəkildə təbliğ edir və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər. Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP-ın sıralarına qoşulmalarının, öz siyasi talelərini bu partiya ilə bağlamalarının da ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə intellektli, bilik və bacarıqlı, kreativ, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradır və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Bu mənada əminliklə demək olar ki, bu gün YAP nəinki ölkədə, hətta Cənubi Qafqaz regionunda öz ətrafında ən böyük gənclər ordusunu birləşdirən yeganə siyasi təşkilatdır.
YAP siyasi partiya olmaqla yanaşı, eyni zamanda, gənclər üçün bir inkişaf məktəbidir. Çünki partiyanın təşkil etdiyi bütün layihələrin əsas fəlsəfəsini gənclərin milli ruhda yetişdirilməsi təşkil edir. Belə layihələrin sırasında ən vaciblərindən biri də qeyd etdiyimiz kimi, YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi”dir.
“Yay məktəbi” zaman keçdikcə gənclərin dialoq və inkişaf platformasına çevrilir. “Yay məktəbi”, eyni zamanda, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır. Bu cür məktəblər gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır. YAP-ın təşkil etdiyi bu cür məktəblər cəmiyyətimiz üçün yüksək intellekti, kreativliyi və bacarığı olan gənclər yetişdirir. Burada iştirak etmiş hər bir gənc donor təşkilatlarla işləməyi, layihələr yazmağı öyrənir, həmçinin seçki prosesilə bağlı mühüm məqamları mənimsəyir və əlbəttə ki, onların potensialı müxtəlif təqdimatlar vasitəsilə reallaşdırılır.
Məhz hər il keçirilən “Yay məktəbi” yüzlərlə gənci bir-birinə dost edir, gənclər öz aralarında təmaslar qururlar, müxtəlif regionlardan olanlar bir-birinin düşüncəsinə və hərəkətlərinə hörmətlə yanaşırlar. Eyni zamanda, gənc nəsil arasında ünsiyyət möhkəmlənir və gənclərin dostluq üzərində qurulmuş ümumrespublika şəbəkəsi formalaşır. “Facebook”, “Twitter” kimi sosial şəbəkələrdə qrupların yaradılması və məktəbdən sonra illərlə formalaşmış münasibətin və ünsiyyətin qorunub saxlanılması söylənilənləri təsdiqləyir. “Yay məktəbi”ndən sonra müxtəlif dinin və mədəniyyətin daşıyıcısı olan region gənclərinin paytaxt gənclərini bölgələrə dəvət etməsi prosesi də qurulan işin nə qədər düzgün olduğunu sübut edir. Bu mənada “Yay məktəbi”ni inteqrasiya və tolerantlıq platforması da adlandıra bilərik.
Bununla yanaşı, “Yay məktəbi”ndə gənclər partiya rəhbərliyi, deputatlar, dövlət nümayəndələri ilə görüşlər keçirir və səmimi atmosferdə baş tutan dialoqlarda onlar dövlət idarəçiliyi haqqında daha dəqiq məlumatlar alırlar. Bütün bunların nəticəsində bir daha vurğulanmalıdır ki, “Yay məktəbi”ndə gənclərin dünyagörüşü genişlənir və hadisələrə, proseslərə baxışı dəyişir. Bu isə, təbii ki, həyata yenicə atılan gənclərin inkişafı baxımından onlara bələdçi olacaq və onları səhv addımlar atmaqdan sığortalayacaq.
Göründüyü kimi, ölkəmizdə bu cür məktəblər təşkil edən yeganə siyasi təşkilat YAP-dır. Bununla partiyamız Azərbaycan gəncliyinin sağlam, vətənpərvər və Vətənə sadiq vətəndaşlar kimi yetişməsinə öz töhfəsini verir. Ona görə də ölkəmizin alternativsiz siyasi qüvvəsi olan YAP uğurlu fəaliyyəti ilə gənclərin güclü dəstəyini qazanıb. Gənclər YAP tərəfindən atılan bu cür addımları həmişə yüksək qiymətləndirib və sözügedən aksiyalarda böyük fəallıq nümayiş etdiriblər. Məhz bütün bunlara görə bir daha əminliklə demək olar ki, bu gün YAP bir tarixi missiyanı reallaşdırır. Elə bir missiyanı ki, bununla Azərbaycan gəncləri daha intellektli, kreativ və bacarıqlı, siyasi şüur və davranış baxımından fəal vətəndaşlar kimi formalaşacaq. Nəticədə əldə olunmuş intellektual və kreativ dəyərlər dövlətimizin daha da möhkəmləndirilməsinə sərf olunacaq.
Ramil VƏLİBƏYOV,
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini,
siyasi elmlər üzrə fəlsəfə doktoru

 
  • Oxunub:  12150  |  
  • Tarix:  25-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7