Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı humanitar aksiya keçirib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı humanitar aksiya keçirib

01.10.2019 [09:39]

Sentyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə rayon ərazisində yaşayan ahıl və tənhalara baş çəkiblər. Xeyriyyə aksiyası çərçivəsində gənclər və partiya fəalları müvafiq kateqoriyadan olan insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. Gənclər, eyni zamanda, ahıl və tənhalara ev işlərində köməklik ediblər, təmizlik işləri görüblər.
Bildirilib ki, yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir. Həmçinin qeyd edilib ki, Səbail ərazisində yaşayan ahıllar, ağsaqqallar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün onlar gənc nəslin tərbiyəsində, hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.
Eyni zamanda, vurğulanıb ki, öz fəaliyyətində daim sosial istiqamətləri prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və tənhaların daim diqqətdə saxlanılması, onların qarşılaşdıqları problemlərin həllidir. Cənab Prezident İlham Əliyev tərəfindən ahılların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Onun təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır.
Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30