Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

15.10.2019 [09:48]

Oktyabrın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə partiyanın mərkəzi qərargahında görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yeni Azərbaycan Partiyası haqqında məlumat verərək, partiyanın beynəlxalq əlaqələrinin genişləndiyini bildirib. S.Fətəliyeva vurğulayıb ki, Asiya və Avropadakı siyasi partiyalar, beynəlxalq təşkilatlarla geniş əlaqələr quran Yeni Azərbaycan Partiyası üçün Venesuelanın daxil olduğu Latın Amerikası regionu da maraq kəsb edir.
Səfir Kristofer Alberto Martinez Berroteran Venesuela ilə Azərbaycan arasında müxtəlif sferalarda, o cümlədən siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31