Ana səhifə »  YAP xəbərləri »  YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkə və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
A+   Yenilə  A-
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkə və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Noyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə partiyanın İcra Katibliyində “Sosial şəbəkə və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər iştirak ediblər.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, bəzi dairələr sosial şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edir, ekstremist çağırışlar edirlər. S.Orucovun fikrincə, həmin dairələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Bunlar əsasən xaricdə “mühacir” adı altında yaşayanlardır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər.
Qeyd olunub ki, təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif neqativ, təxribatçı çağırışlar səsləndirirlər. S.Orucov deyib ki, bütün bunlar milli mənəvi dəyərlərimizə ziddir. Ona görə də gənclərimiz belə ünsürlərə qarşı mübarizə aparmalıdırlar. “Prezident İlham Əliyev də hər zaman vurğulayır ki, gənclərimiz sağlam ruhda böyüməli, milli mənəvi dəyərlərimizi qorumalıdır. Biz dövlətimizin başçısının dəyərli tövsiyələrinə daim əməl etməli, Onun ətrafında sıx birləşməliyik”, - deyə YAP Gənclər Birliyinin sədri söyləyib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov çıxışında bildirib ki, müasir dövrdə texnologiyalar sürətlə inkişaf edir. Virtual məkanın bütün insanlara təsir etdiyini deyən Ş.İsmayılovun sözlərinə görə, bu məkanda mənəvi dəyərlərin arxa plana keçirilməsi təhlükəlidir. Millət vəkili qeyd edib ki, qloballaşma milli mənəvi dəyərlərə mənfi təsir göstərir. Amma müasir gəncliyimiz buna yol verməməlidir.
Ölkəmizin dünyada sabitlik adası olduğunu deyən Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə qarayaxma kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar, hətta milli mentalitetimizin qırmızı cizgisini keçən təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən gənclərimiz belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar. Bu gün İKT-nin çox sürətlə inkişaf etdiyini deyən millət vəkilinin fikrincə, bu amil milli mənəvi dəyərlərimizə zərər vurmamalıdır. C.Osmanov deyib ki, Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. Sosial şəbəkələrdə aparılan çirkin kampaniyalar həm milli, həm də İslam dəyərlərini gözdən salmağa yönəlib. Gənclərimiz belə hallara qarşı fəal mübarizə aparmalıdır.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Ceyhun Əliyev çıxış edərək bildirib ki, milli və mənəvi dəyərlərimiz bir-birilə sıx bağlıdır. Onun sözlərinə görə, sosial şəbəkələrdə baş verən xoşagəlməz hallar bu dəyərlərimizə tamamilə ziddir. C.Əliyev qeyd edib ki, qloballaşma şəraitində milli mənliyimizi, kimliyimizi daim qorumalıyıq.
Tədbirdə daha sonra İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, ASAN könüllülərinin rəhbəri Səbinə Cabbarova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyov və digərləri çıxış edərək sosial şəbəkələrdə milli mənəvi dəyərlərimizə zidd olan kampaniyaların aparılmasının yolverilməz olduğunu qeyd ediblər.
N.BAYRAMLI

 
  • Oxunub:  4320  |  
  • Tarix:  02-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA