Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatı təbliğat mərhələsinə uğurla start verib

YAP Gəncə şəhər təşkilatı təbliğat mərhələsinə uğurla start verib

03.12.2019 [09:55]

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat mərhələsinə start verilib. “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına başlayan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində də bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən namizədlərin təbliğat işlərinə start verilib.
Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar.
Gənc partiya fəalları təbliğat-təşviqat kampaniyasına Gəncə şəhərində mövcud olan 4 Dairə Seçki Komissiyasının və 107 məntəqə seçki komissiyasının dislokasiyalarına görə Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatlarını və Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfərin vahid formada hazırlanmış plakatlarını asmaqla başlayıb. Bunlardan əlavə, ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanıb ki, onlar da seçicilərə paylanacaq və partiya fəalları YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30