Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Bərdə rayon təşkilatında gənclərlə görüş keçirilib

YAP Bərdə rayon təşkilatında gənclərlə görüş keçirilib

19.12.2019 [09:44]

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası çərçivəsində bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş gənc namizədlər və ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.
Görüşü YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası xalqımızın həyatında müstəsna xidmətləri ilə seçilən partiyadır. Fəqət Şadlinskaya bələdiyyə seçkilərində YAP Bərdə rayon təşkilatı tərəfindən 588 nəfər YAP üzvünün namizədliyinin irəli sürüldüyünü, bunlardan 214 nəfərin qadın, 138 nəfərin gənc olduğunu qeyd edib. O söyləyib ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlər, əsasən yüksək intellektli, kreativ düşüncəli, bacarıqlı gənclər irəli sürülüb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki, hər bir müasir, demokratik dövlətin siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən seçkilərdə ilk dəfə iştirak etmək və öz siyasi iradəsini nümayiş etdirmək imkanı əldə etmək hər bir gəncin həyatında unudulmaz hadisədir. İlham Məmmədov Azərbaycanda dövlət gənclər siyasəti, gənclərimiz üçün yaradılmış təhsil və karyera imkanları, çoxsaylı proqramlar, cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar, gənclərə geniş fəaliyyət meydanı verilməsi, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək etimad və gənclərin cəmiyyətdəki rolunu və məsuliyyətini artıran mühüm qərarlardan danışıb.
Sonra çıxış edən YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Elçin Cəfərli, Nicat Məmmədov, Günel Cəfərova, gənc seçici Şamxal Yaqubov bildiriblər ki, gənclər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim öz üzərlərində hiss edirlər və daim onu dəstəkləyirlər. Natiqlər bələdiyyə seçkilərində fəal olacaqlarına, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə, seçildikləri təqdirdə Yeni Azərbaycan Partiyasının etimadını doğruldacaqlarına söz veriblər.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31