Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncəlilər bələdiyyə seçkilərində böyük fəallıq nümayiş etdirəcəklər

Gəncəlilər bələdiyyə seçkilərində böyük fəallıq nümayiş etdirəcəklər

19.12.2019 [09:44]

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq növbəti görüş keçirib. Görüşdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev demokratik sivil ölkə olan Azərbaycanda bələdiyyələrin xüsusi rolundan danışıb. Millət vəkili qeyd edib ki, bələdiyyələrin ölkəmizdə formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi, inkişafı üçün münbit şərait yaranıb. Hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürən Yeni Azərbaycan Partiyası “Xalq üçün” şüarı ilə bələdiyyə seçkilərində iştirak edir. İnanırıq ki, ölkə vətəndaşları 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Millət vəkilləri Pərvin Kərimzadə və Musa Quliyev çıxış edərək bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrdən danışıb, ötən illər ərzində böyük təcrübə qazanan bələdiyyələrin fəaliyyətində nəzərəçarpacaq dərəcədə irəliləyişlər hiss edildiyini bildiriblər. Natiqlər onu da vurğulayıblar ki, dövlət tərəfindən özünüidarəetmə orqanlarının fəaliyyətinə diqqət, son bələdiyyə seçkilərində gənclərin, qadınların burada təmsil olunması bələdiyyələrin fəaliyyətinə yüksək səviyyədə təsir göstərib.
I qrup Qarabağ müharibəsi veteranı Rauf Qənbərov, təbliğatçılardan Hüseyn Budaqov, Şahin Quliyev partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsinə verilən dəstəyin əhəmiyyətini vurğulayıblar. Əminliklə qeyd ediblər ki, bələdiyyə seçkilərinin ədalətli, şəffaf, müvafiq seçki qanunvericiliyinə uyğun formada həyata keçirilməsi məqsədilə təbliğat-təşviqat işləri uğurla yekunlaşacaq və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədləri qalib gələcək.
Gəncə şəhər Kəpəz bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş Elnur Həsənov və Naciyə Əliyeva bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31