Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının 12-ci növbədənkənar konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının 12-ci növbədənkənar konfransı keçirilib

21.12.2019 [09:33]

Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının 12-ci növbədənkənar konfransı keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı sədrinin müavini Eldar Zeynalov bildirib ki, təşkilatın XI konfransından ötən müddət ərzində rayon partiya təşkilatının sıraları nəzərəçarpacaq dərəcədə genişlənib. XI konfransdan keçən müddət ərzində təşkilatın idarə heyətinin 35 iclası keçirilib, bu iclaslarda 92-dən çox məsələ müzakirə edilib. XI konfransdan ötən dövrdə Yeni Azərbaycan Partiyası sıralarına 495 nəfər üzv qəbul olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədov, YAP Ordubad rayon təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılova çıxış edərək qeyd ediblər ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasnın sıralarında gənclər də böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir.
Konfransda çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin uzun illər üçün müəyyənləşdirilmiş quruculuq siyasətinin bu bölgədə uğurla həyata keçirilməsində fəallıq göstərirlər. Ümummilli Liderimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu siyasət hesabına gündən-günə çiçəklənir. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində hər il quruculuq işləri görülür. Təhsil, səhiyyə, mədəniyyət, rabitə müəssisələri, müxtəlif dövlət qurumları üçün yeni binalar inşa olunur, müasir standartlara cavab verən yollar salınır, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır, emal və istehsal müəssisələri, yeni iş yerləri yaradılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Bu proseslərdə partiya fəalları öndə gedirlər.
Konfransda çıxış edən YAP Naxçıvan MR təşkilatının icra katibi Anar İbrahimov qeyd edib ki, partiyanın Ordubad rayon təşkilatının tarixi, keçdiyi yol onu mütəşəkkil siyasi qüvvəyə çevirib. Ümummilli Lider Heydər Əliyevin siyasi strategiyası və yeni azərbaycançılıq məfkurəsi hər zaman Ordubad əhalisi tərəfindən dəstəklənib. Bu mənada, müasir Ordubad rayonu da Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının əsəridir. Ötən 25 ildən artıq müddətdə partiyanın Ordubad rayon təşkilatı xeyli möhkəmlənib, rayonun ictimai-siyasi proseslərinin aparıcı siyasi qüvvəsinə çevrilib, artıq partiyanın ideyaları üzərində yetişmiş yeni nəsil bu gün Ordubadda da ictimai-siyasi, sosial-iqtisadi proseslərdə YAP-ın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu da partiyamızın əsas ideoloji prinsiplərindən olan varisliyin təmin olunmasından xəbər verir. Partiya gəncləşir, müasirləşir, yeni nəsil partiyanı özünün siyasi və sosial ifadəsinin əvəzolunmaz siyasi təşkilatı kimi qəbul edir. Bu gün YAP rayonun siyasi aktiv əhalisinin 21 faizini təşkil edir, həm də qeyd etmək lazımdır ki, bu kəsim cəmiyyətin ən aktiv hissəsini özündə ehtiva edir.
Anar İbrahimov bildirib ki, bu illərdə rayonda yaradılan sosial-iqtisadi və mədəni potensial YAP-ın da Ordubadda möhkəmlənməsində əvəzsiz rol oynayıb, partiyanın nüfuzunun daim yüksək səviyyədə təmin olunmasında başlıca amil kimi çıxış edib. Rayonun əksər yaşayış məntəqəsində qurulan kənd mərkəzləri həm sosial-iqtisadi, mədəni faktor, eyni zamanda da, partiyanın yerli təşkilatlarının işlərinin qurulmasında mühüm rol oynayıb.
Sonra icra katibi 20 noyabr 2019-cu il tarixində YAP Naxçıvan MR təşkilatının Şurasındakı iclasında partiya təşkilatının və Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun qarşıdakı dövr üçün müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində partiyanın Ordubad rayon təşkilatının konfranslararası dövrdə gördüyü işlərin təhlilinin əhəmiyyətini vurğulayaraq, Şura, İdarə Heyəti, Gənclər Birliyi və Qadınlar Şurası kimi digər qurumların gördüyü işlərində keyfiyyət faktorunun başlıca meyar olduğunu bildirib. Bu məqsədlə rayonda yaradılan potensialdan daha səmərəli istifadə etmək, gənc partiya üzvlərinin potensialını və ictimai iştirakı təşviq etmək və partiya sədrinin müəyyənləşdirdiyi digər bu kimi istiqamətlər üzrə fəaliyyətlərinin qurulması prioritet sahə kimi diqqətdə saxlanılmalıdır.
İcra katibi sonda qarşıdakı dövrdə bələdiyyə və parlament seçkilərində qarşıya qoyulan vəzifələrin icrasından bəhs edib, partiyanın bu siyasi kampaniyanı da qələbə ilə yekunlaşdıracağını bildirib.
Sonra konfransın qərarı oxunaraq qəbul edilib. Konfransda təşkilatın 13 nəfərdən ibarət İdarə Heyəti seçilib. İsmayılov Etibar Şəhrud oğlu Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri, Eldar Zeynalov sədr müavini, Nurlan Səfərli Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatı Gənclər Birliyinin sədri, Könül İsmayılova YAP Ordubad rayon təşkilatı Qadınlar Şurasının sədri, həmçinin 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçilib.

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30