Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın parlamentə təqdim etdiyi sənəddə eks-prezident statusunun kimlərə şamil oluna biləcəyi əksini tapıb

YAP-ın parlamentə təqdim etdiyi sənəddə eks-prezident statusunun kimlərə şamil oluna biləcəyi əksini tapıb

03.02.2010 [09:12]

“Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə oluna bilər. APA-nın məlumatına görə, bu barədə millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, qanunun qəbulu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) müəyyən təkliflərlə çıxış edib və bu təkliflər parlamentin müvafiq komissiyasına təqdim olunub. Sənəddə eks-prezident statusunun kimlərə şamil olunması barədə təkliflər əksini tapıb: “Başlıca tezis ondan ibarətdir ki, eks-prezident statusu o adama verilə bilər ki, o vəzifə səlahiyyətlərini axıra kimi başa çatdırır, yaxud digər səbəblərdən - səhhəti, dünyasını dəyişməsi ilə əlaqədar vəzifəsini axıra kimi icra edə bilmir. Qalan hallarda - vəzifə başında cinayətlər törətməklə, vəzifə səlahiyyətlərini aşmaqla, yaxud başqa hallarda bu status verilə bilməz. Bu, dünya praktikasından irəli gəlir. İstənilən titul istənilən insanın əlindən alına bilir. Eks-prezidentlik statusu da belədir. Prezident Vətəninə, millətinə, and içdiyi Konstitusiyaya uyğun olaraq qarşısına qoyulan vəzifələrin hamısını yerinə yetirməlidir. Yerinə yetirmirsə, bu, yalnız səhhəti, istefası ilə bağlı ola bilər”.

Paylaş:
Baxılıb: 984 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30