Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Göyçay rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub

YAP Göyçay rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd olunub

11.03.2010 [11:29]

Dünən Göyçayda Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təsis edilməsinin 17-ci ildönümü münasibətilə tədbir keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin ruhunu ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dövlət himni səslənib, ümummilli liderimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, YAP-ın keçdiyi tarixi yolu əks etdirən sənədli film nümayiş etdirilib.
YAP sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, YAP rayon təşkilatının sədri Ramiz İbrahimov çıxış edərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP-ın keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan, bu siyasi təşkilatın üzvlərinin ölkənin tərəqqisindəki xidmətlərindən bəhs ediblər. Bildirilib ki, xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirilib və cəmi bir neçə aydan sonra xalqın istəyi ilə bu siyasi qurumun sədri ölkə prezidenti seçilib.
1993-cü il martın 6-da təsis edilən YAP Göyçay rayon təşkilatı bu gün 5816 üzvü öz ətrafında birləşdirir ki, onlardan da 3026-sı qadınlar, 1996-sı isə gənclərdir. Bu gün rayonda YAP-ın 141 ilk təşkilatı fəaliyyət göstərir. YAP rayon təşkilatının inzibati binası əsaslı təmir olunaraq istifadəyə verilib.
çıxışlarda YAP üzvü olan qadın və gənclərin cəmiyyətdəki fəal mövqeyi, onların hüquqi dövlət quruculuğunda və ictimai siyasi proseslərdə fəal iştirakı xüsusi vurğulanıb. Natiqlər qeyd ediblər ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün YAP ölkənin sosial-iqtisadi həyatında böyük nüfuza malikdir və ətrafında 500 mindən artıq insanı birləşdirir. Tədbirdə bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub, rayon təşkilatının fəaliyyətində fərqlənən şəxslərə isə mükafatlar verilib. Sonda dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 1046 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30